Nəsimi rayonunda söküntü işləri başlayıb. Sözügedən ərazidə çoxmərtəbəli bina inşa ediləcək.

Lakin Mənzil-Tikinti Kooperativinin (MTK) rəhbərliyi ərazidəki obyekt sahibləri ilə ortaq məxrəcə gələ bilməyib.
Daha ətraflı "ATV Xəbər”in süjetində:

 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,5% artaraq 1,8152 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0180 manat, Türkiyə lirəsi 0,2% bahalaşaraq 0,0523 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əsgəran avtomobil yolunun inşasına başlayıb.

Bu barədə agentli xəbər verir.

Məlumata görə, Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası da aparılır.

Avtomobil yolunun tikintisinin başa çatdırılması imkan verəcəkdir ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlər, Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam edələr.

Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Son 15 ildə Rusiyada, ən azı, 3 böyük böhran olub. 2008-2009-cu illərdə rubl dəyər itirdi, iqtisadi aktivlik azaldı, gəlirlər düşdü, 2014-2015-ci illərdə kəskin böhran dalğası oldu, 2022-ci ildə sanksiyalar, müharibə, ölüm-itim təhlükəsi başladı. Lakin hər 3 böyük böhran dalğasında Rusiyadan Azərbaycana soydaşlarımızın geri köç dalğası baş vermədi, Qazaxstana, Orta Asiyaya, Ukraynaya (2008-2022 arası), Belarusa köçdülər, amma məmləkətə dönmədilər.

"Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, geri köçün olmamasının quru sərhədlərin bağlı olması ilə heç bir əlaqəsi yoxdur. 2008-2020-ci illər arası sərhədlər açıq idi, lakin köç olmadı:

"İndi bəzi söhbətlər gəzir ki, bölgəmizdə böyük müharibə olarsa və İran ciddi zərbələr alarsa, cənubdan böyük köç dalğası ola bilər. Quru sərhədləri məhz ona görə bağlı saxlayıblar - yenə məntiqsiz yanaşmadır. Müharibədən qaçanlara istənilən ölkə sərhədlərini açmalıdır. BMT qərarları, beynəlxalq hüquq var. Necə təsəvvür etmək olar ki, İrandan qaçanlara, Azərbaycan “pandemiyadır, karantin rejimidir, ona görə sərhəd bağlıdır” desin. Gələnlər cənublu qardaşlarımız, soydaşlarımız olsa, qapılar açılmalıdır". 

Natiq Cəfərli qeyd etdiklərinə əsasən "sərhəd ona görə bağlıdır ki, Rusiyadan müharibədən qaçanlar gəlməsin, İran vurulsa, insan axınının qarşısı alınsın” tezisini inandırıcı və məntiqli görmədiyini bildirib.

Laçında tikilən hava limanından yeni görüntülər yayılıb.

Bu barədə kadrlar AZTV-nin efirində yayımlanıb.

Kadrlarda dronla çəkilmiş görüntüləri görmək mümkündür.

Ətraflı videoda:

Əsası Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuş 123,6 km uzunluğunda Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yolunun tikintisinin yeni görüntüləri yayılıb.

Hacıqabul - Horadiz - Ağbənd - Zəngəzur avtomobil yolunun bir hissəsi olan Goradiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolu Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Bazar ertəsi dollar 2022-ci ildən bəri ən böyük həftəlik qazancını qorudu.

“Dolların möhkəmlənməsinə səbəb Yaxın Şərqdə artan münaqişələr və ABŞ-nin uçot faiz dərəcələrini yüksək həddə saxlaması oldu.

Dollar ötən həftə altı əsas valyutadan ibarət valyuta səbətinə qarşı 1,6% bahalaşdı.

Dollar yen qarşısında da 34 ilin ən yüksək səviyyəsinə - 153,69 həddinə yüksəldi. Cümə günü isə avro qarşısında son 5 ayın zirvəsinə çatdı və bir avro 1,0646 dolar oldu.

Valyutalarda ilkin reaksiya birjaların, bitkoinin və neftin ucuzlaşmasına səbəb olan İranın İsrailə hücumundan daha çox Federal Ehtiyatlar Sisteminin (FED) faiz endirimi gözləntilərinə əsaslanır.

Bazar ertəsi neft qiymətlərində ucuzlaşma müşahidə olunub.

"Buna səbəb İranın İsrailə raket hücumunun məhdud ziyana səbəb olması olub.

"Brent" neftinin iyun fyuçersləri 0,2 dollar və ya 0,2% ucuzlaşaraq bir barel üçün 90,25 dollara, Qərbi Texas neftinin (WTI) may fyuçersləri isə 0,33 dollar və ya 0,4% ucuzlaşaraq bir barel üçün 85,33 dollara enib.

Qeyd edək ki, 300-dən çox raket və pilotsuz uçan aparatın iştirak etdiyi həmlə başqa bir ölkədən İsrailə son otuz ildən çox müddətdə ilk hücum idi. Bu baxımdan, Yaxın Şərqdən neft daşınmasına təsir edən geniş regional münaqişə ilə bağlı narahatlıqların artmasına səbəb olmuşdu.

Bakıda torpağın bir sotunun yarım milyon manata satıldığı ərazilər var.

Ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının mərkəzə doğru hissələrindədir.

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda həmin ərazilərdə, xüsusilə yol kənarlarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq sahələrinin qiyməti kəskin artmaqdadır.

Bununla belə, Bakıətrafı kənd və qəsəbələrdə, həmçinin Abşeron ərazisində kifayət qədər ucuz qiymətə satışa çıxarılan ərazilər də var. Sözügedən ərazilərdə torpaqların qiymətləri iki min manatdan başlayır, 20 min manata qədər təklif edilir. Belə torpaq sahələrini əsasən Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ rayonlarında tapmaq mümkündür.

Qeyd edilib ki, yaxın illər ərzində torpaq sahələrinin ucuzlaşacağı gözlənilmir. Əksinə, ildən-ilə qiymətlər yüksəlir.

Ətraflı süjetdə: 

Bakı şəhərinin müxtəlif ünvanlarında quraşdırılmış avtobus dayanacaqları, məhəccərlər, yol və piyada nişanları, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansında olan bina və qurğularda əsaslı təmizləmə işləri aparılacaq.

“Təmizlik işləri “Green Cleaning” MMC tərəfindən həyata keçiriləcək.

AYNA bununla bağlı şirkətə 953 min 235 manat ödəniş edəcək.

Xəbər lenti