Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?Qardaş Gürcüstanın milli futbol komandası Avropa Çempionatının final mərhələsinə keçidi təmin etdi. Çox gərgin oyun oldu. Yunanlar bu fürsəti gürcülərə vermək istəmirdi. Amma gürcülər aldılar.

Bu münasibətlə öz Facebook səhifəmdə gürcüstanlı dostları təbrik etdim. Gürcü dilini bilmədiyim üçün təbriki rus dilində yazdım:

“Поздравляю всех друзей из Грузии.
Грузия - это Европа!”

Bilirəm ki, bir çox gürcülər indi rus dilindən daha çox ingilis dilinə üstünlük verir. Amma mən yenə də rus dilində yazdım.

Gözləmədiyim halda, bu təbrikim 2500-ə yaxın bəyənmə ilə işarələndi. 300-ə yaxın şərhlər yazıldı. Məsələ bunda deyil.

Tanıdıqlarımdan və Facebook dostluğumda olanlardan başqa, bir xeyli gürcü yazdığıma reaksiya verdi. Sözsüz ki, əksəriyyəti təşəkkür edir və bəyənirdi. Amma yazanlar arasında “Gürcüstan nə Avropa, nə də Asiya deyil. Gürcüstan Qafqazdır” yazanlar da vardı. Bu da bir yanaşmadır. Amma məsələ heç bunda da deyil.

Mənim bu təbrikimə reaksiya verənlərin arasında ermənilərin olması isə məni doğurdan da təəccüblədirdi. Ona görə təəccübləndirdi ki, şərh yazan, təbrikimi bəyənən ermənilərin heç biri ilə nə real həyatda, nə də Facebook üzərindən heç bir əlaqəm olmayıb.

Onlarla erməni mənim təbrikimə qoşulduğunu, gürcü dostları təbrik etdiyini yazdı. 100-dən artıq erməni bu təbrikimi bəyənmə ilə işarələdi.

Təsəvvür edirsiniz?

Bir azərbaycanlı gürcü dostları milli komandanın uğuru münasibəti ilə təbrik edir və onlarla erməni bu təbrikə qoşulur və fikrini yazır. Yüzdən artıq erməni bu təbriki bəyəndiyini ehtiva edir.

Bu, mənim çün gözlənilməz idi. Amma buna çox sevindim.

Uzun illərdir ki, Qafqazda baş verən qarşıdurmaları, Azərbaycan-Ermənistan münasibətlərini öyrənmək, sabah üçün nəticələr çıxarmağa çalışıram. Facebook təbrikim bu axtardığım sualların çoxuna cavab verdi.

Yuxarıda gürcü dostlardan bəzisinin yazdığı fikri əbəs xatırlatmamışdım: “Gürcüstan nə Avropa, nə də Asiya deyil. Gürcüstan Qafqazdır”.

Elədir ki, var.

Gürcüstan da Qafqazdır. Ermənistan da Qafqazdır. Azərbaycan da Qafqazdır.

Qafqaz üçün ən ciddi inkişafın yol xəritəsi məhz Qafqaz olmaqdır, həmrəylikdir.

Əminəm ki, bu həmrəylik olsa Qafqaz daha gözəl, daha əmin-aman, daha da inkişaf etmiş olar.

Sonda bir tarixi xatırladacam.

Bir neçə il əvvəl Azərbaycan ərazisində, bu gün Göygöl kimi tanıdığımız şəhərdə almanların məskunlaşması tarixini araşdırırdım. Tarixi faktları öyrənərkən maraqlı bir fakta rast gəldim.

Sən demə, Qafqaza köçən almanlar danışırmış ki, onların dini etiqadına görə, qiyamət günü xilas olmaq üçün dünyanın ən münasib yerlərindən biri məhz Qafqazdır...

Vəssalam.

pressklub.az
02 May 2024 Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
02 May 2024 İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
02 May 2024 Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
02 May 2024 İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
02 May 2024 Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
02 May 2024 Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
02 May 2024 Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
02 May 2024 Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
02 May 2024 "Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
02 May 2024 Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
01 May 2024 İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
01 May 2024 Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
01 May 2024 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
01 May 2024 İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
01 May 2024 İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
01 May 2024 Prezident onları təltif etdi - FOTO
01 May 2024 İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
01 May 2024 Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30 Aprel 2024 “Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30 Aprel 2024 Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?

Xəbər lenti