Bakupost.az - 2023-cü il “Heydər Əliyev İli” elan edildi - Sərəncam

Azad İsmayılov - Bugünlər respublikamızın bütün guşələrində ümummilli liderimiz, böyük dövlət xadimi, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük təntənə və coşğu ilə qeyd olunur. Bu da təsadüfi deyil. Çünki böyük öndərimiz Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər göstərib.
Tarix sübut edir ki, taleyüklü mərhələlərdə hər bir dövlətin davamlı və sabit inkişafı ona rəhbərlik etmiş liderin fenomenal keyfiyyətləri ilə bilavasitə əlaqəlidir. Ötən əsrdə xalqımızın yetişdirdiyi nəhəng siyasətçi - Heydər Əliyev də məhz belə nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığını təmin etməyə nail olan əlahiddə liderlərdən idi. Ona görə də dövlət müstəqilliyimizin qarantı kimi öz xalqı qarşısında tarixi və misilsiz fəaliyyətin müəllifi olan Ulu Öndərin anadan olduğu 10 may tarixi Azərbaycan xalqının və bütövlükdə bütün dünya azərbaycanlılarının hər il dərin ehtiram və hörmətlə  qeyd etdikləri əlamətdar gündür. Bu tarixin 101-ci ildönümünün özəlliyi ondan ibarətdir ki, xalqımız bu günü Vətən müharibəsində doğma Qarabağ torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi fonunda xüsusi bir şövqlə, böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu baxımdan həmin tarix həm də siyasi və mənəvi yükə malik, rəmzi məna daşıyan bir təqvimdir.

Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək dərin bir ümmandır, böyük bir siyasi və həyat məktəbidir. Heydər Əliyev irsi zəngin xəzinədir və bu irsin öyrənilməsi bugünkü və gələcək nəsillər üçün olduqca vacibdir. Ulu Öndərimiz haqqında indiyə qədər çoxlu sayda dəyərli əsərlər, kitablar yazılıb, filmlər çəkilib.
Yaxın tariximizdən bəlli olduğu kimi, müstəqilliyimizin əldə olunmasının ilk mərhələsində Azərbaycanda tüğyan edən hərc-mərclik, hakimiyyət uğrunda daxili çəkişmələr, silahlı qarşıdurmalar, idarəetmədə səriştəsizlik, səfalət, kriminallaşma və inamsızlıq mühiti, açıq-aşkar separatizm meyilləri həm də bunu fürsət bilən Ermənistanın sonda ərazilərimizin işğalı ilə nəticələnən faciəvi hadisələrlə müşayiət olunurdu. Artıq heç kim dana bilməz ki, bütün bunların qarşısını xalqın təkidli tələbi ilə 1993-cü ildə xilaskar obrazında ikinci dəfə hakimyyətə gəlmiş dünya miqyaslı, təcrübəli siyasi xadim, dahi Heydər Əliyev ala bilmişdi. Onun ilk olaraq həllinə çalışdığı məsələ də məhz Dağlıq Qarabağ problemi idi. Tarix sübut etdi ki, dünya siyasətinə yaxından bələd olan Heydər Əliyev hələ münaqişənin ilk illərində “Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik” söylədikdə Qarabağ məsələsində yekun nəticəni hesablamağı bacarıb. Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlardakı bütün məkanlarda Azərbaycanın üçrəngli Qələbə bayrağını qaldırmaqla bu arzuları çin etdi.
Razılaşmamaq mümkün deyil ki, müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü nizamı çox tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 21 ildə qazanılan uğurlar da məhz bu amilə əsaslanır. Cənab İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi, qarşıya qoyulan hədəflərə qətiyyətlə nail olur.  Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

Tarixi paralellər aparsaq görərik ki, Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi xətti 2003-cü ildən sonra Azərbaycan dövlətini idarə edən cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilir. Ulu öndər Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi isə bu uğurun əsaslarından biridir. Beləliklə, Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır, davam edir və nailiyyətlərimizin fövqündə dayanır. 

Cabir Qurbanov - 1993-cü ildən başlanan inkişaf yolu Azərbaycanı bugünkü zəfərlərinə qovuşdurdu və yeni dövrə qədəm qoymasını şərtləndirdi

“Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk dəfə Prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə - istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm.”

Yazıma dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dönəmdə Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində söylədiyi bi fikirlərlə yol salmağım səbəbsiz deyil. Prezident İlham Əliyevin bu fikirlərinin davamı olaraq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində söylədiyi aşağıdakı sözlərini də qeyd etmək istərdim: “Müstəqilliyimizin ilk illərini xatırlayaq. Ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi…Qısa söyləsəm, sanki biz işıqdan məhrum olmuşduq.  Şəhərlərimizin  işıqları söndüyü kimi, daxilimizdə də ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı.  O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına  güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu. Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün Onun ən sevimli kəlamlarından birini- “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik.”

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz  xidmətlərinə işıq salan bu kimi fikirləri xeyli sayda sadalamaq olar. Bu fikirlər bugünümüzün reallıqları fonunda müstəqilliyimizin bərpasının ilk illərinə, eyni zamanda, Ümummilli Liderin uğurlu siyasəti nəticəsində ölkəmizin haradan haraya gəlib çıxmasına baxışı əks etdirir. Təbii ki, bugünkü Azərbaycanı o illərin Azərbaycanı ilə müqayisə etmək mümkün deyil. Ulu Öndər Heydər Əliyev tarixi qayıdışı ilə yeni Azərbaycan qurdu və onun gələcəyinin parametrlərini müəyyənləşdirdi. Dahi şəxsiyyətin xidmətləri barədə söylənilən fikirlərin ümumiləşdirilmiş ifadəsi Onun özünün qeyd etdiyi “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləridir.

Xaos, anarxiya, özbaşınalıq və mənəm-mənəmlikdən boğaza yığılan xalq tələb edirdi ki…

Ulu Öndərin misilsiz xidmətlətindən bəhs edərkən ilk olaraq gözlərimiz  önünə Onun xilaskarlıq missiyası gəlir. Ümummilli Lider 1993-cü ildə Azərbaycanın ən ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və ölkəmizin həmin dövrün təhlükələrindən xilas etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, kreslo uğrunda didişmələri Azərbaycanı müstəqilliyini itirmək, sonu görünməyən vətəndaş müharibəsi girdabına salmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.  1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən bədnam AXC-Müsavat cütlüyünün  bir illik hakimiyyəti dövründə ölkəmizi  hansı faciələrlə, təhlükələrlə üz-üzə qoyduğu yaxın tariximizin qaranlıq səhifəsi kimi daim ürək ağrısı ilə vərəqlənir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan öz şəxsi ambisiyalarının quluna çevrilən, korporativ maraqlarını dövlət maraqlarından üstün tutan yaramaz  ünsürlərin yarıtmaz idarəçiliyi altında sürətlə  uçuruma doğru gedirdi. Səriştəsiz rəhbərlik, getdikcə idarəolunmaz hal alan xaos, anarxiya, özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət həmin dövrün hər kəsin görüb hiss etdiyi və yaşadığı reallıqları idi. Ermənistan tərəfindən ərazilərimizin biri-birinin ardınca işğalı, xarici qüvvələrin təhriki ilə  ayrı-ayrı bölgələrdə getdikcə daha təhlükəli xarakter alan separatçılıq və parçalanma meyillərinin  baş qaldırması  xalqın sabaha ümidini itirirdi. Xalq belə bir ağır durumdan  yeganə çıxış yolunu bütün mənalı  həyatı Vətənə,  millətə şərəfli xidmət nümunəsi olan dahi siyasətçi, zəngim idarəetmə təcrübəsinə malik qüdrətli dövlət xadimi  Heydər Əliyevin hakimiyyətə qayıtmasında görür, mövcud iqtidardan təkidlə bunu tələb edirdi. Təkidli tələb qarşısında aciz qalan və vəziyyətin daha da ağırlaşacağından  qorxuya düşən AXC-Müsavat iqtidarının başsız “başbilənləri”  məsuliyyətdən yayınmaq üçün biri-birinin ardınca vəzifələrindən istefa verməklə xalqı sakitləşdirməyə çalışırdılar. Bu addımın da bir nəticə vermədiyini, əksinə vəziyyətin getdikcə gərginləşdiyini görən “özündən bəylər” son nəticədə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə  dəvət etməyə məcbur oldular. Vəziyyət ağırlaşdıqca xalq çıxış yolu axtarmağa başladı. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyev onların çağırışını cavabsız qoymaz, Azərbaycanın teleyinə biganə yanaşmaz. Buna görə ayağa qalxaraq xilaskarına - dahi şəxsiyyət Heydər Əliyevə üz tutdu, Onu  təkidlə hakimiyyətə dəvət etdi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışına səs verərək Naxçıvandan  Bakıya qayıtdı.

Zamanın çağırışından yaranan partiya

Bu məqamda bir az əvvələ ekskurs edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışını şərtləndirən amillər sırasında mübaliğəsiz demək olar ki, öncül mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının yaranması dövrünə qısa nəzər salmaq istəyirəm. Çünki dövlət müstəqillimizin bərpası tarixindən bəhs edərkən  həmin dövrün ən  parlaq səhifələrindən birini təşkil edən, təşəkkül tapması və inkişafı  bilavasitə Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti bağlı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yolu təhlil etmək zərurəti yaranır. Bu baxımdan ki, Yeni Azərbaycan Partiyasının yaranması Ümummilli Lider  Heydər Əliyevin 90-cı illərin əvvəllərində hakimiyyətə qayıdışı ideyası ilə eyniyyət təşkil edir. Yuxarıda vurğuladığım kimi, müstəqilliyimizin bərpasının  ilk illərində ölkəmizdə yaşanan durum Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını zərurətə çevirdi. YAP-ın yaranması isə bu zərurətin əslində təşkilatlanma mərhələsi idi. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın VII qurultayında bu mühüm məqamı xüsusi qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.”

Ulu Öndər Heydər Əliyev hələ  1994-cü ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən  ümumrespublika müşavirəsində  partiyanın yaranmasını zəruri edən səbəbləri açıqlayaraq bildirirdi: “Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim adım ilə bağlıdır və bu, mənim iştirakımla olmuşdur. Lakin mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur. Buna görə də bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim təşəbbüsümlə olmayıbdır. Bu partiyanın yaranması Azərbaycanın demək olar əksər bölgələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində yaranan əhval-ruhiyyədən irəli gəlmiş bir hadisədir.” Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən, bu gün sonsuz qürur hissi ilə bəyan edirəm  ki, sıralarında mənim də olduğum  91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti Azərbaycanın bugünkü reallıqlarının əsası oldu. Həmin müraciətdə Ulu Öndərə xitabən bu inam ifadə edilirdi ki, yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.

Milli Qurtuluşdan Milli Zəfərə doğru…

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı çağdaş tariximizə sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı kimi yazıldı. Bu gün haqlı olaraq Milli Qurtuluş Günü adlandırdığımız 1993-cü ilin 15 iyun tarixi müstəqillik tariximizin ən şərəfli səhifəsi, başqa sözlə ifadə etməli olsam qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi  ilə Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində  tarixi Zəfərinə gedən yolun başlanğıcı oldu. Məhz həmin gün Azərbaycan dövlətinin sükanı arxasına keçən Ümummilli Lider ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, hər bir inkişafın təməl daşı kimi dəyərləndirilən iqtisadiyyatın inkişafı, iqtisadi və siyasi islahatların vəhdətinin təmin edilməsi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində görülən işlər, informasiya mübarizəsində uğurlarımız və sair kimi bugünümüzə,  gələcəyimizə xidmət edən  uğurlu addımların  hər biri həmin dövrün  əsas mahiyyətini təşkil edir. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı, tarixi zəfərləri üçün Ümummilli Liderə borcluyuq. Məhz Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna çıxdı, Ulu Öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə möhkəm təməl formalaşdı. Bu gün müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında dahi şəxsiyyətin rolu olmasın. Bu reallığı da xüsusi qeyd etməliyəm ki, Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın bugünü üçün  mühüm işlər görmüşdü.  Dahi şəxsiyyətin atdığı hər bir addımının, gördüyü işlərin təməlində Vətən, xalq, dövlət sevgisi dayanırdı. Ümummilli Liderimiz Azərbaycanı daim zirvələrdə görmək, Günəş kimi dünyaya doğmasını istədi və gələcəyə xidmət edən uğurlu siyasəti ilə bu məqsədlərinə  nail oldu.

“Əsrin müqaviləsi” Azərbaycanın əsrlərə bərabər 30 illik inkişaf yolunun bələdçisidir

1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin, onun ardınca həmin ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bütün sahələrdə inkişafına yol açdı. İqtisadi müstəqilliyimizin təmin edilməsi ölkəmizin siyasi mövqeyini daha da möhkəmləndirdi. Heç də təsadüfi deyil ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan  və bu gün Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun olaraq yaradıcılıqla təkmilləşdirdiyi neft strategiyasının uğurlarını Azərbaycan xalqı  bütün sahələrdə hiss edir. Bu baxımdan ki, neft gəlirlərinin idarə edilməsində şəffaflıq kriteriyalarını qorumaq məqsədilə 1999-cu ildə Ümummilli Liderin Fərmanı ilə yaradılan Dövlət Neft Fondu ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin icrasını təmin edir. Müstəqilliyimizin bərpasının ilk illərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yüksək rifahının təmin edilməsi prioritet məsələ idi. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki  nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. 

Demokratiya prinsiplərinə sadiqlik uğurlarımızın rəhnidir

Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin təmin edilməsi uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynadı. İlk gündən hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan  demokratik təsisatların yaradılması istiqamətində atdığı addımlarla diqqətdə oldu. İnsan hüquqlarının qorunması dövlət siyasətimizin əsasını təşkil etdi. Azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri addımlar atıldı. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Milli  Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr  tam aydınlığı ilə müəyyənləşdirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv Fərman və sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması beynəlxalq arenada  insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi.  Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında  mətbuatın üzərində  senzuranın ləğvi  azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.

Bu gün cahanşümul qələbələri ilə dünyaya səs salan müzəffər ordumuzun bünövrəsini Ulu Öndər qoymuşdur

Müharibə şəraitində yaşayan Azərbaycanda iqtisadiyyatla yanaşı, ordu quruculuğuna da xüsusi diqqətin göstərilməsi vacib məqamlardan idi və heç də təsadüfi deyildi  ki, Ulu Öndər bu sahədə də mühüm addımlar atdı. Öncə bu reallığı qeyd edək ki, hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması dahi şəxsiyyətin atdığı addımlar sırasında oldu. Hazırda orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir. Ümummilli Lider müstəqillik dövründə ordu quruculuğunu prioritet sahə kimi öndə saxlayaraq Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verməsi üçün zəruri işlər gördü. Ulu Öndərin Fərmanı ilə 26 İyun tarixinin Silahlı Qüvvələr Günü kimi təsis edilməsi bu sahəyə diqqətin bariz nümunəsi oldu. Dahi şəxsiyyət Heydər Əliyev belə bir çağırışı səsləndirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Ən yüksək tribunalardan sülh danışıqlarının səmərə verməyəcəyi təqdirdə hərb yolunun istisna edilməməsi barədə Ulu Öndərin səsləndirdiyi bəyanatlar Azərbaycan Ordusunun gücünə, qüdrətinə əsaslandı. 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu  Horadiz əməliyyatı hərb tariximizin qürurverici səhifələrdəndir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordumuz həmin döyüşlərdə düşmənə öz gücünü göstərdi. Ümummilli Liderin rəhbərliyi ilə Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanıldı. Xalqımız Azərbaycan Ordusunun 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin sevincini 22 il sonra yenidən yaşadı. 2016-cı ilin Aprel döyüşlərində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəklikləri düşməndən azad edildi. 2018-ci ilin mayında isə Naxçıvanda 11 min hektara yaxın ərazini və Şərur rayonunun Günnüt kəndini işğaldan azad edən ordumuz bir daha sübut etdi ki, öz şərəfli misiyasını yerinə yetirmək gücündədir.

Bütün dünyada Azərbaycan deyəndə  Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan göz önünə gəlir

Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçdiyi ilk gündən uğurlu xarici siyasət kursunun müəyyənləşdirilib həyata keçirilməsiniən mühüm vəzifələrdən biri qarşıya qoyurdu.  Bu baxımdan dahi liderin ayrıl-ayrı dövlətlərlə ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçilik istiqamətində atdığı addımları xüsusi qeyd etməliyik. Məhz  Ulu Öndərin bu siyasəti nəticəsində çox qısa müddətdə Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Beynəlxalq təşkilatlarla qurulan əlaqələr həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında növbəti tribunalar oldu. Real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatımız sayəsində erməni yalanları ifşa olundu, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmiz haqqında məlumatsızlığın yol açdığı informasiya blokadası aradan götürüldü. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri olmadı ki, Qarabağ həqiqətləri, münaqişənin əsl mahiyyəti müzakirə mövzusu olmasın. Ulu Öndər hakimiyyətə qayıdışının ilk günündən bu çağırışı etdi ki, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideyası ətrafında birləşməsi əsasdır. Biz bu istiqamətdə atılan uğurlu addımların nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız  tarixi Zəfərimizdə gördük.   

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər böyükdür ki, heç şübhəsiz onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Azərbaycanın bu gün bütün dünyaya səs salan möhtəşəm nailiyyətlərinin əsasını qoymuş dahi rəhbərin Vətənimiz, xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlərini özündə əks etdirən və gələcək nəsillər üçün zəngin mənbə olacaq xeyli sayda kitablar nəşr olunub. İllər keçdikcə Ümummilli Lider Heydər Əliyevin  xidmətlərinin  böyüklüyünü təsdiqləyən daha yeni-yeni nəşrlər çap olunur,   məqalələr yazılır, elmi araşdırmalar aparılır. Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Heydər Əliyev İli” elan edildi. “Heydər Əliyev İli” dahi şəxsiyyətin cild-cild kitablara sığmayan misilsiz xidmətlərini nəinki Vətəni Azərbaycanda, bütövlükdə dünya miqyasında indiki və gələcək nəsillərə çatdırmaq üçün geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin Ulu Öndərin 100 illiyi münasibətilə ötən ilin 10 may tarixində Qarabağın taçı, mədəniyyət paytaxtımız Şuşadan xalqa müraciəti hər birimizi qürurlandırdı. Bu müraciət Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı reallıqların öyrənilməsi üçün zəngin mənbə oldu. Həmin müraciətində Müzəffər Ali Baş Komandan böyük qürur hissi ilə qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz Onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

“Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri…”

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən  böyük xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Ümummilli Liderin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciəti bugünkü zəfərlərimizin, uğurlarımızın başlanğıcı oldu. Həmin müraciətdə bu inam ifadə edilmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələri göz qabağındadır. Onları sadalamaqla bitməz. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz, ondan üç il sonra- 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi, ölkəmizin həyatında yeni dövrün başlanması keçilən 20 illik yolun təqdimatıdır. Azərbaycan bu illər ərzində daha da gücləndi, qüdrətləndi, dünya birliyinin fəal üzvü olaraq sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi. Artıq tarixin arxivinə atılan  Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı.

Ümummilli Lider  Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin keçmiş  məcburi köçkünlərlə görüşlərində söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” fikirləri Qarabağ münaqişəsinin öz həllinin tapacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamdan irəli gəlirdi.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin  arzusunu reallığa çevirdi və 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdiyini bildirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu günün gələcəyinə inanırdı.  Hətta 44 günlük İkinci Qarabağ münaqişəsinin getdiyi günlərdə xarici mətbuata verdiyi müsahibələrin hər birində qələbəmizə böyük əminliyini ifadə edərək Azərbaycanın gələcəyini necə görmək istədiyini açıqladı. 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfərindən sonra 2020-ci il sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycanın hərbi qüdrətini bir daha göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərimizlə 30 ilin işğalına son qoydu, tarixi ədaləti bərpa etdi. Bu gün həmin reallıqları fonunda qürurla ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən bəhs edirik. Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə dalğalanır. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdaraq bu ərazilərə yeni nəfəs verirlər.

Heydər Əliyev Fondunun uğurlarının miqyası o qədər genişdir ki…

Azərbaycanın uğurlarında Heydər Əliyev Fondunun öz payı vardır. Yaranması Ulu Öndər Heydər Əliyevin doğum günü ilə üst-üstə düşən Fondun keçdiyi 20 ilik yolun təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Vətən, torpaq sevgisi, azərbaycanşılıq ideologiyasının təbliğinə verilən önəm  atılan addımlarda, uğurlu nəticələrdə özünün aydın ifadəsini tapır. Azərbaycan həqiqətlərinin, tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğinə yönələn layihələrin hər biri Azərbaycanın beynəlxalq nüfuzunun artmasında öz sözünü deyir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun ölkə daxilində və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələrin miqyası geniş olmaqla yanaşı, çoxşaxəlidir.

Tarixi Zəfərimizdən sonrakı dövrün əsas çağırışı, hədəfi isə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın Böyük Qayıdışının təmin edilməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə ardıcıl səfərlərinin hər biri Böyük Qayıdışın tezliklə tam şəkildə başa çatacağının müjdəsini verir. Yeni sosial obyektlərin açılışı, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalan bu səfərlər tarixi Zəfərimizin  təqdimatlarıdır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu torpaqlarımızda tarixi və dini abidələrimizin bərpası, yenidən qurulması həyata keçirilir. Heydər Əliyev Fondunun təşkilatşılığı ilə “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri  ənənələri bərpa edildi. Bu uğurların miqyası o qədər genişdir ki, onların tam sıralamasını təqdim etmək  mümkün deyil.  Heydər Əliyev Fondunun 20 ildə keçdiyi inkişaf yolu qarşıdakı dövrə daha böyük inamla baxmağa əsas verir.

Heydər Əliyev yolu hələ bundan sonra Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacaq.  Ulu Öndər Heydər Əliyevin  həyat və fəaliyyətini fədakarlıq nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyevin “O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır” fikirləri bugünümüzün və gələcəyimizin ən mühüm çağırışıdır.

Ulu öndər Heydər Əliyev hər bir insanın qəlbində özünə bir abidə ucaldıb -  "İki sahil"

İsmayıl Şirinov - Azərbaycan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərini davam edir.  Azərbaycan çoxəsrlik dövlətçilik tarixinə malik olsa da, yalnız ən yeni dönəmdə - müstəqilliyin bərpasından sonra iqtisadi və siyasi yüksəlişi təmin edə, dünyada nüfuzlu və qüdrətli dövlət kimi tanına bilmişdir. Bu, birmənalı olaraq ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dühası, titanik və uzaqgörən fəaliyyəti sayəsində mümkün olmuşdur. Xalqın etimadını və ümidlərini doğruldan dahi liderlərin uğurlu siyasəti nəticəsində sabitlik və tərəqqi yoluna qədəm qoymuş Azərbaycanın adı nüfuzlu, qüdrətli və qalib dövlətlər sırasında çəkilməyə başlamışdır.
Siyasi analitiklər qeyd edirlər ki, Azərbaycanın əsas strateji üstünlüyü müstəqil siyasət həyata keçirməsi və suverenliyini təmin etməsidir. Dünyada bir çox ölkələr mühüm resurslara – əlverişli coğrafi mövqeyə, böyük iqtisadi və demoqrafik potensiala malik olsalar da, müstəqil siyasi kurs reallaşdıra, öz geostrateji maraqlarını təmin edə bilmirlər. Azərbaycan nümunəsi isə göstərir ki, yalnız zəngin dövlətçilik təcrübəsinə, prinsipial mövqeyə, xalqın birmənalı və qətiyyətli dəstəyinə malik lideri olan ölkələr müstəqil – milli maraqlara uyğun praqmatik siyasət həyata keçirməklə sabit və dayanıqlı inkişaf modeli yaradır, beynəlxalq aləmdə önəmli mövqe qazanaraq özünəxas yerə və rola sahib olur. Məhz bu reallıq Heydər Əliyev siyasətinin Azərbaycan xalqının və dövlətinin taleyində hansı müstəsna əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir.  
Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycan naminə çalışmış, xalqın işıqlı gələcəyini təmin edən əvəzsiz xidmətlər göstərmişdir. Heydər Əliyevin milli məzmunlu və bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən iqtisadi, mədəni, siyasi və ideoloji cəhətdən kəskin fərqlənən iki tarixi mərhələni əhatə edir. O, həm SSRİ dönəmi, həm də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli tərəqqiyə xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.
1969-cu il 14 iyul  tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin müəyyənləşdirdiyi vəzifələr və hədəflər çərçivəsində görülən işlər ölkəmizin hərtərəfli inkişafını təmin etmişdir. Məlum olduğu kimi, 1969-cu ilə qədər Azərbaycan sovetlər birliyi miqyasında geridə qalmış respublikalardan biri kimi bütün sahələrdə tənəzzül ilə qarşı-qarşıya idi. Lakin Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyinə gəlməsindən sonra atılan addımlar nəticəsində bütün istiqamətlərdə müsbət nəticələr əldə edildi, kənd təsərrüfatının, sənayenin, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına nail olundu, genişmiqyaslı quruculuq işləri aparıldı, çoxsaylı müəssisələr, o cümlədən ittifaq əhəmiyyətli strateji obyektlər yaradıldı, müxtəlif sahələrdə kadr potensialı gücləndirildi. Sovet İttifaqı dövründə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi isə mürəkkəb tarixi mərhələdə milli ruhun oyanışı – milli şüurun güclənməsi, xalqın öz mənəvi sərvətlərinə və tarixi dəyərlərinə sahib çıxması, onları yaşatması baxımından böyük əhəmiyyətə malik olmuşdur. Bir sözlə, Heydər Əliyev həmin dönəmdə bütün çətinliklərə rəğmən, Azərbaycanın intibahını təmin etməyə müvəffəq olmuşdur. Ulu Öndərin qeyd etdiyi kimi, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır.
Sonrakı mərhələdə görkəmli dövlət xadiminin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkəmizin mənafelərini qətiyyətlə qoruması, respublika əhalisinin firavanlığı naminə göstərdiyi xidmətlər Onun xalqına, milli ideyalara dərindən bağlı olan vətənpərvər şəxsiyyət – böyük azərbaycanlı olduğunu bir daha təsdiqləmişdir. Fəaliyyətinin növbəti dönəmində isə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada vəziyyətində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən və tənəzzüldən xilas edərək dirçəlişini təmin etməsi, qonşu ölkələrlə, xüsusilə də Türkiyə ilə əlaqələrini genişləndirməsi, ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızın qaldırılmasına, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinə, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinə nail olması Azərbaycanın müstəqillik yolunda tərəqqiyə və Zəfərə aparan ilk addımları – tarixi nailiyyətlərin və qələbələrin başlanğıcı olmuşdur.
Ulu Öndər müstəqillik dövründə xalqın tələbi və dəstəyi ilə xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə ölkəmizi tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmışdır.  Dövlətçilik tariximizin yeni və taleyüklü mərhələsi məhz bu dövrdə başlamışdır. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz Liderinin arxasınca gedərək, onun ətrafında sıx birləşərək vahid amal – milli məqsədlər naminə səfərbər olunması yeni və müstəqil dövlət quruculuğunu təmin etmişdir. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının yaradılması sadəcə olaraq bir partiyanın təsis olunması kimi sıradan məsələ deyil, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindən biridir. Bəllidir ki, Yeni Azərbaycan Partiyasının yarandığı şərait olduqca mürəkkəb dövrə təsadüf edir. Hələ XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində istər SSRİ miqyasında, istərsə də respublika səviyyəsində dağıdıcı proseslər baş verirdi. Sovetlər ittifaqının çöküşü fonunda digər bir sıra ölkələr kimi, Azərbaycan da olduqca mürəkkəb vəziyyətlə qarşılaşmışdı. Respublikada faktiki olaraq ictimai-siyasi böhran mövcud idi, iqtisadi tənəzzül, siyasi qeyri-müəyyənlik və vətəndaş qarşıdurması ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ölkəmizin bölgədə təcrid vəziyyətinə düşməsi ciddi təhdidlər, o cümlədən müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Azərbaycan beynəlxalq aləmdə faktiki olaraq suveren ölkə kimi tanınmırdı. Tariximizin mürəkkəb - vəziyyətin durmadan ağırlaşdığı bir vaxtda səylərin birləşdirilməsi, məqsədyönlü fəaliyyət nəticəsində milli birliyin təmin edilməsi, müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və Azərbaycanın təlatümlərdən xilas edilməsi zərurətə çevrilmişdi. Bunun üçün isə təcrübəli, qətiyyətli, vətənpərvər və milli maraqları hər şeydən üstün tutan güclü siyasi liderə ehtiyac var idi. Bu tarixi şəxsiyyət görkəmli dövlət xadimi Heydər Əliyev idi. Xalq yalnız Onun liderliyi ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanıla biləcəyinə, parlaq gələcəyini qura biləcəyinə inanırdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə müraciət edərək yeni, müstəqil Azərbaycan uğrunda Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi bu inamdan qaynaqlanırdı. Ulu Öndərin həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verməsi isə taleyi sual altında olan Azərbaycanın gələcəyi naminə müstəsna əhəmiyyətə malik olmuşdur.
 Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş vermişdir. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilmiş, Ulu Öndər yekdilliklə partiyanın Sədri seçilmişdir. Müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi ideyası, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması məhz ulu öndər Heydər Əliyevin bənzərsiz liderlik və fenomenal idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir.
Təbii ki, xalqın dəstəyi Yeni Azərbaycan Partiyasının davamlı uğurlar qazanmasını, müstəqil, hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsini mümkün etmişdir. Partiya tərəfindən qısa müddət ərzində müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsinə və qarşıda duran hədəflərə çatmaq üçün sistemli fəaliyyətə başlanmışdır. Respublikanın bütün bölgələrində yerli təşkilatların yaradılması istiqamətində mühüm addımlar atılmış, ümummilli lider Heydər Əliyevi qətiyyətlə dəstəkləyən ictimaiyyət nümayəndələri, Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanlar partiyanın təşkilatlanmasında aktiv iştirak etmişlər. Yeni dəyərlər yaradan və siyasi mədəniyyət nümunəsi ortaya qoyan Yeni Azərbaycan Partiyasına göstərilən yüksək etimad onun ümumxalq partiyasına çevrilməsini şərtləndirmişdir. YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə - lider partiya olduğunu sübuta yetirmiş, hər bir siyasi marafondan uğurla və daha güclü çıxaraq siyasi sistemdə yerini, cəmiyyətdə mövqeyini möhkəmləndirmişdir.
Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü həm də xilaskarlıq missiyası ilə xarakterikdir. Sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən - 1993-cü ilin iyun hadisələri zamanı xalqımız Ulu Öndərə ölkəmizin Qurtuluşu və tərəqqisi naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Ümummilli Lider isə dövlətin, dövlətçiliyin xilası, xalqın rifahı, Azərbaycanın aydın və parlaq gələcəyi naminə öz həyatını belə riskə ataraq növbəti dəfə tarixi-siyasi məsuliyyəti üzərinə götürməkdən çəkinməmişdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtmış, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazılmışdı. Bu, Heydər Əliyevin böyük siyasətə Qayıdışı, xalqın Qurtuluşu, dövlətin isə Dirçəlişi idi. Bugünkü reallıqlardan həmin dövrə nəzər saldıqda aydın olur ki, Qurtuluş məfkurəsi böyük bir yolun təməli, Azərbaycan xalqının xilasının, dövlətimizin tərəqqisinin təzahürü olmaqla yanaşı, 30 ilə yaxın müddət ərzində düşmən tapdağında qalmış torpaqlarımızın azad olunmasını, Azərbaycanın bütövləşməsini mümkün edən Zəfər salnaməsidir. Həmin dövrə nəzər salan Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu Öndərə üz tutdu, ona müraciət etdi və onu hakimiyyətə dəvət etdi: “Hətta o vaxt Azərbaycanın rəhbərliyində yüksək vəzifələr tutan və vaxtilə Heydər Əliyevə qarşı təxribatlar törətməyə cəhd edən, Naxçıvana desant göndərmək istəyən antimilli qüvvələr də öz canlarından qorxaraq Heydər Əliyevi dəvət etmişdilər. Çünki onların öz taleyi artıq təhlükə altında idi. Mən o günləri yaxşı xatırlayıram. Naxçıvanlılar Heydər Əliyevi buraxmırdılar, qoymurdular ki, getsin. Ancaq Vətəni, Azərbaycan xalqını sevən dövlət adamı kimi onun demək olar ki, seçimi yox idi. O, Bakıya gəldi və o vaxt Bakıda gedən proseslər hamımızın yaxşı xatirindədir. Vətəndaş müharibəsinin dayandırılması birinci məsələ idi. Ona nail oldu. Ondan sonra - Azərbaycanda müəyyən dərəcədə sabitlik yaranandan sonra böyük islahatlara başladı”.
Həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqımızın inam, etibar və etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun qətiyyətli siyasəti Azərbaycanın iqtisadi inkişafını, siyasi yüksəlişini və beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin etmişdir. Ümummilli Liderin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, xalq-iqtidar birliyinin güclənməsini, müstəqil respublikamızın dünya arenasında nüfuzlu tərəfdaş kimi tanınmasını şərtləndirmişdir. Beləliklə, Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmini – 1993-2003-cü illəri əhatə edən dövr dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün təməllərin yaradılması ilə əlamətdardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi”.
Bu kontekstdə xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yerə və rola malik olan, taleyüklü önəm daşıyan qərarın qəbul edilməsi - siyasi varisliyin təmin olunmasıdır. Azərbaycan xalqının böyük etimadı əsasında ölkə Prezidenti seçilən cənab İlham Əliyev öz missiyasını “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” - çağırışı ilə ifadə etmişdi. O, əməli fəaliyyəti ilə sübuta yetirmişdir ki, Heydər Əliyev siyasətinə, milli anda sadiqdir və sözü imzası qədər dəyərlidir. Bu gün inamla və iftixarla söyləyirik ki, Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq qarşıda duran milli-strateji məqsədləri gerçəkləşdirmişdir. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar Azərbaycanın milli gücünün artmasını, böyük Qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir. Tərəqqiyə və Zəfərə hədəflənən məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi gücü artırılmış, qüdrətli və modern ordu quruculuğuna nail olunmuş, məharətli diplomatik addımlar nəticəsində ölkəmizin regional və beynəlxalq təsir imkanları genişlənmişdir. Nəhayət, Azərbaycan hərbi-siyasi arenada möhtəşəm qələbə qazanaraq BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını öz gücü ilə təmin etmişdir.  Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına müvəffəq olması xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, müasir infrastruktur yaradılır və xarici tərəfdaşlarla yeni əməkdaşlıq əlaqələri formalaşdırılır. Bütün bu reallıqlar Azərbaycanın həm sosial-iqtisadi inkişafına, həm də regionda mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu tarixi gerçəklik Zəfər yürüşünün quruculuq meydanında və diplomatiya müstəvəsində fasiləsiz davam etdiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanı Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.
Bu gün həm qalib Azərbaycan dövlətinin, həm də xalqın iradəsini ifadə edən Yeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifələr və yeni strateji hədəflər durur. Azərbaycanda və regionda təşəkkül tapan yeni reallıqlar və mövcud çağırışlar ictimai-siyasi sabitliyin və milli birliyin möhkəmləndirilməsini, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını, ölkənin beynəlxalq mövqeyinin daha da gücləndirilməsini zəruri edir. Təbii ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin – milli hədəflərin yerinə yetirilməsi istiqamətində atılan addımlar ölkəmizə belə bir önəmli tarixi mərhələdə yeni müvəffəqiyyətlər qazandıracaq, Azərbaycanın tərəqqisində yeni mərhələnin başlanmasını təmin edəcək, tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana yeni qələbələr bəxş edəcəkdir!
 
HEYDƏR ƏLİYEVƏ XALQIN BÖYÜK DƏSTƏYİ VƏ İNAMI

Natiq İsmayılov - Tanrı verən ömrü hər kəs bir cür yaşayır. Kimi özü üçün, kimi doğmaları üçün, kimi ailəsi üçün. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etdi.
Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı , ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi – Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.
2024-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur.
1923-cü il may ayının 10-da dünyaya gələn dahi insan Heydər Əliyev hələ uşaq vaxtlarından fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı, yeniyetmə dövründən isə nəzəri bilikləri, aydın nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilməklə bərabər, həyata baxışı, milli mənəvi dəyərlərə bağlılığı diqqəti cəlb edirdi.
Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin əsas və ali məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi.
Onun adı və əməlləri milli dövlətçiliyimizin əbədiyyət zivəsini təşkil edir. Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən Heydər Əliyev ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş, gənc müstəqil dövlətin siyasi platformasını mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. Ən əsası ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır.
Azərbaycan xalqı hər il öz dahi oğlunun dünyaya göz açdığı 10 may gününü milli tarixin ən əziz günlərindən biri kimi qeyd edir. Ulu öndərin anadan olmasının 101-ci ildönümü ərəfəsində onun ölməz xatirəsi milyonlarla soydaşımızın duyğu-düşüncələrini  yenidən öz nuruna bürüyür.
Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.
Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.
Ümummilli lideri Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin,  müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.
Heydər Əliyev təkcə gələcəyi görmür, həm də onu yaradırdı. Bu insan sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə çağırırdı.
Hələ sağlığında canlı əfsanəyə çevrilmiş nəhəng dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan əmin əllərdədir və Ulu öndərin ideyalarını rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha da qüdrətlənir.
Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var, dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.
 
Ulu öndər Heydər Əliyev və Naxçıvan - AZƏRTAC

 Araz BəndəliyevAzərbaycan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərini davam edir.  Azərbaycan çoxəsrlik dövlətçilik tarixinə malik olsa da, yalnız ən yeni dönəmdə - müstəqilliyin bərpasından sonra iqtisadi və siyasi yüksəlişi təmin edə, dünyada nüfuzlu və qüdrətli dövlət kimi tanına bilmişdir. Bu, birmənalı olaraq ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dühası, titanik və uzaqgörən fəaliyyəti sayəsində mümkün olmuşdur. Xalqın etimadını və ümidlərini doğruldan dahi liderlərin uğurlu siyasəti nəticəsində sabitlik və tərəqqi yoluna qədəm qoymuş Azərbaycanın adı nüfuzlu, qüdrətli və qalib dövlətlər sırasında çəkilməyə başlamışdır.
Siyasi analitiklər qeyd edirlər ki, Azərbaycanın əsas strateji üstünlüyü müstəqil siyasət həyata keçirməsi və suverenliyini təmin etməsidir. Dünyada bir çox ölkələr mühüm resurslara – əlverişli coğrafi mövqeyə, böyük iqtisadi və demoqrafik potensiala malik olsalar da, müstəqil siyasi kurs reallaşdıra, öz geostrateji maraqlarını təmin edə bilmirlər. Azərbaycan nümunəsi isə göstərir ki, yalnız zəngin dövlətçilik təcrübəsinə, prinsipial mövqeyə, xalqın birmənalı və qətiyyətli dəstəyinə malik lideri olan ölkələr müstəqil – milli maraqlara uyğun praqmatik siyasət həyata keçirməklə sabit və dayanıqlı inkişaf modeli yaradır, beynəlxalq aləmdə önəmli mövqe qazanaraq özünəxas yerə və rola sahib olur. Məhz bu reallıq Heydər Əliyev siyasətinin Azərbaycan xalqının və dövlətinin taleyində hansı müstəsna əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir.  
Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycan naminə çalışmış, xalqın işıqlı gələcəyini təmin edən əvəzsiz xidmətlər göstərmişdir. Heydər Əliyevin milli məzmunlu və bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən iqtisadi, mədəni, siyasi və ideoloji cəhətdən kəskin fərqlənən iki tarixi mərhələni əhatə edir. O, həm SSRİ dönəmi, həm də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli tərəqqiyə xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.
1969-cu il 14 iyul  tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin müəyyənləşdirdiyi vəzifələr və hədəflər çərçivəsində görülən işlər ölkəmizin hərtərəfli inkişafını təmin etmişdir. Məlum olduğu kimi, 1969-cu ilə qədər Azərbaycan sovetlər birliyi miqyasında geridə qalmış respublikalardan biri kimi bütün sahələrdə tənəzzül ilə qarşı-qarşıya idi. Lakin Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyinə gəlməsindən sonra atılan addımlar nəticəsində bütün istiqamətlərdə müsbət nəticələr əldə edildi, kənd təsərrüfatının, sənayenin, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına nail olundu, genişmiqyaslı quruculuq işləri aparıldı, çoxsaylı müəssisələr, o cümlədən ittifaq əhəmiyyətli strateji obyektlər yaradıldı, müxtəlif sahələrdə kadr potensialı gücləndirildi. Sovet İttifaqı dövründə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi isə mürəkkəb tarixi mərhələdə milli ruhun oyanışı – milli şüurun güclənməsi, xalqın öz mənəvi sərvətlərinə və tarixi dəyərlərinə sahib çıxması, onları yaşatması baxımından böyük əhəmiyyətə malik olmuşdur. Bir sözlə, Heydər Əliyev həmin dönəmdə bütün çətinliklərə rəğmən, Azərbaycanın intibahını təmin etməyə müvəffəq olmuşdur. Ulu Öndərin qeyd etdiyi kimi, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır.
Sonrakı mərhələdə görkəmli dövlət xadiminin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkəmizin mənafelərini qətiyyətlə qoruması, respublika əhalisinin firavanlığı naminə göstərdiyi xidmətlər Onun xalqına, milli ideyalara dərindən bağlı olan vətənpərvər şəxsiyyət – böyük azərbaycanlı olduğunu bir daha təsdiqləmişdir. Fəaliyyətinin növbəti dönəmində isə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada vəziyyətində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən və tənəzzüldən xilas edərək dirçəlişini təmin etməsi, qonşu ölkələrlə, xüsusilə də Türkiyə ilə əlaqələrini genişləndirməsi, ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızın qaldırılmasına, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinə, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinə nail olması Azərbaycanın müstəqillik yolunda tərəqqiyə və Zəfərə aparan ilk addımları – tarixi nailiyyətlərin və qələbələrin başlanğıcı olmuşdur.
Ulu Öndər müstəqillik dövründə xalqın tələbi və dəstəyi ilə xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə ölkəmizi tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmışdır.  Dövlətçilik tariximizin yeni və taleyüklü mərhələsi məhz bu dövrdə başlamışdır. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz Liderinin arxasınca gedərək, onun ətrafında sıx birləşərək vahid amal – milli məqsədlər naminə səfərbər olunması yeni və müstəqil dövlət quruculuğunu təmin etmişdir. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının yaradılması sadəcə olaraq bir partiyanın təsis olunması kimi sıradan məsələ deyil, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindən biridir. Bəllidir ki, Yeni Azərbaycan Partiyasının yarandığı şərait olduqca mürəkkəb dövrə təsadüf edir. Hələ XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində istər SSRİ miqyasında, istərsə də respublika səviyyəsində dağıdıcı proseslər baş verirdi. Sovetlər ittifaqının çöküşü fonunda digər bir sıra ölkələr kimi, Azərbaycan da olduqca mürəkkəb vəziyyətlə qarşılaşmışdı. Respublikada faktiki olaraq ictimai-siyasi böhran mövcud idi, iqtisadi tənəzzül, siyasi qeyri-müəyyənlik və vətəndaş qarşıdurması ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ölkəmizin bölgədə təcrid vəziyyətinə düşməsi ciddi təhdidlər, o cümlədən müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Azərbaycan beynəlxalq aləmdə faktiki olaraq suveren ölkə kimi tanınmırdı. Tariximizin mürəkkəb - vəziyyətin durmadan ağırlaşdığı bir vaxtda səylərin birləşdirilməsi, məqsədyönlü fəaliyyət nəticəsində milli birliyin təmin edilməsi, müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və Azərbaycanın təlatümlərdən xilas edilməsi zərurətə çevrilmişdi. Bunun üçün isə təcrübəli, qətiyyətli, vətənpərvər və milli maraqları hər şeydən üstün tutan güclü siyasi liderə ehtiyac var idi. Bu tarixi şəxsiyyət görkəmli dövlət xadimi Heydər Əliyev idi. Xalq yalnız Onun liderliyi ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanıla biləcəyinə, parlaq gələcəyini qura biləcəyinə inanırdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə müraciət edərək yeni, müstəqil Azərbaycan uğrunda Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi bu inamdan qaynaqlanırdı. Ulu Öndərin həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verməsi isə taleyi sual altında olan Azərbaycanın gələcəyi naminə müstəsna əhəmiyyətə malik olmuşdur.
 Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş vermişdir. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilmiş, Ulu Öndər yekdilliklə partiyanın Sədri seçilmişdir. Müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi ideyası, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması məhz ulu öndər Heydər Əliyevin bənzərsiz liderlik və fenomenal idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir.
Təbii ki, xalqın dəstəyi Yeni Azərbaycan Partiyasının davamlı uğurlar qazanmasını, müstəqil, hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsini mümkün etmişdir. Partiya tərəfindən qısa müddət ərzində müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsinə və qarşıda duran hədəflərə çatmaq üçün sistemli fəaliyyətə başlanmışdır. Respublikanın bütün bölgələrində yerli təşkilatların yaradılması istiqamətində mühüm addımlar atılmış, ümummilli lider Heydər Əliyevi qətiyyətlə dəstəkləyən ictimaiyyət nümayəndələri, Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanlar partiyanın təşkilatlanmasında aktiv iştirak etmişlər. Yeni dəyərlər yaradan və siyasi mədəniyyət nümunəsi ortaya qoyan Yeni Azərbaycan Partiyasına göstərilən yüksək etimad onun ümumxalq partiyasına çevrilməsini şərtləndirmişdir. YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə - lider partiya olduğunu sübuta yetirmiş, hər bir siyasi marafondan uğurla və daha güclü çıxaraq siyasi sistemdə yerini, cəmiyyətdə mövqeyini möhkəmləndirmişdir.
Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü həm də xilaskarlıq missiyası ilə xarakterikdir. Sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən - 1993-cü ilin iyun hadisələri zamanı xalqımız Ulu Öndərə ölkəmizin Qurtuluşu və tərəqqisi naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Ümummilli Lider isə dövlətin, dövlətçiliyin xilası, xalqın rifahı, Azərbaycanın aydın və parlaq gələcəyi naminə öz həyatını belə riskə ataraq növbəti dəfə tarixi-siyasi məsuliyyəti üzərinə götürməkdən çəkinməmişdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtmış, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazılmışdı. Bu, Heydər Əliyevin böyük siyasətə Qayıdışı, xalqın Qurtuluşu, dövlətin isə Dirçəlişi idi. Bugünkü reallıqlardan həmin dövrə nəzər saldıqda aydın olur ki, Qurtuluş məfkurəsi böyük bir yolun təməli, Azərbaycan xalqının xilasının, dövlətimizin tərəqqisinin təzahürü olmaqla yanaşı, 30 ilə yaxın müddət ərzində düşmən tapdağında qalmış torpaqlarımızın azad olunmasını, Azərbaycanın bütövləşməsini mümkün edən Zəfər salnaməsidir. Həmin dövrə nəzər salan Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu Öndərə üz tutdu, ona müraciət etdi və onu hakimiyyətə dəvət etdi: “Hətta o vaxt Azərbaycanın rəhbərliyində yüksək vəzifələr tutan və vaxtilə Heydər Əliyevə qarşı təxribatlar törətməyə cəhd edən, Naxçıvana desant göndərmək istəyən antimilli qüvvələr də öz canlarından qorxaraq Heydər Əliyevi dəvət etmişdilər. Çünki onların öz taleyi artıq təhlükə altında idi. Mən o günləri yaxşı xatırlayıram. Naxçıvanlılar Heydər Əliyevi buraxmırdılar, qoymurdular ki, getsin. Ancaq Vətəni, Azərbaycan xalqını sevən dövlət adamı kimi onun demək olar ki, seçimi yox idi. O, Bakıya gəldi və o vaxt Bakıda gedən proseslər hamımızın yaxşı xatirindədir. Vətəndaş müharibəsinin dayandırılması birinci məsələ idi. Ona nail oldu. Ondan sonra - Azərbaycanda müəyyən dərəcədə sabitlik yaranandan sonra böyük islahatlara başladı”.
Həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqımızın inam, etibar və etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun qətiyyətli siyasəti Azərbaycanın iqtisadi inkişafını, siyasi yüksəlişini və beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin etmişdir. Ümummilli Liderin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, xalq-iqtidar birliyinin güclənməsini, müstəqil respublikamızın dünya arenasında nüfuzlu tərəfdaş kimi tanınmasını şərtləndirmişdir. Beləliklə, Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmini – 1993-2003-cü illəri əhatə edən dövr dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün təməllərin yaradılması ilə əlamətdardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi”.
Bu kontekstdə xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yerə və rola malik olan, taleyüklü önəm daşıyan qərarın qəbul edilməsi - siyasi varisliyin təmin olunmasıdır. Azərbaycan xalqının böyük etimadı əsasında ölkə Prezidenti seçilən cənab İlham Əliyev öz missiyasını “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” - çağırışı ilə ifadə etmişdi. O, əməli fəaliyyəti ilə sübuta yetirmişdir ki, Heydər Əliyev siyasətinə, milli anda sadiqdir və sözü imzası qədər dəyərlidir. Bu gün inamla və iftixarla söyləyirik ki, Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq qarşıda duran milli-strateji məqsədləri gerçəkləşdirmişdir. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar Azərbaycanın milli gücünün artmasını, böyük Qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir. Tərəqqiyə və Zəfərə hədəflənən məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi gücü artırılmış, qüdrətli və modern ordu quruculuğuna nail olunmuş, məharətli diplomatik addımlar nəticəsində ölkəmizin regional və beynəlxalq təsir imkanları genişlənmişdir. Nəhayət, Azərbaycan hərbi-siyasi arenada möhtəşəm qələbə qazanaraq BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını öz gücü ilə təmin etmişdir.  Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına müvəffəq olması xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, müasir infrastruktur yaradılır və xarici tərəfdaşlarla yeni əməkdaşlıq əlaqələri formalaşdırılır. Bütün bu reallıqlar Azərbaycanın həm sosial-iqtisadi inkişafına, həm də regionda mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu tarixi gerçəklik Zəfər yürüşünün quruculuq meydanında və diplomatiya müstəvəsində fasiləsiz davam etdiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanı Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.
Bu gün həm qalib Azərbaycan dövlətinin, həm də xalqın iradəsini ifadə edən Yeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifələr və yeni strateji hədəflər durur. Azərbaycanda və regionda təşəkkül tapan yeni reallıqlar və mövcud çağırışlar ictimai-siyasi sabitliyin və milli birliyin möhkəmləndirilməsini, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını, ölkənin beynəlxalq mövqeyinin daha da gücləndirilməsini zəruri edir. Təbii ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin – milli hədəflərin yerinə yetirilməsi istiqamətində atılan addımlar ölkəmizə belə bir önəmli tarixi mərhələdə yeni müvəffəqiyyətlər qazandıracaq, Azərbaycanın tərəqqisində yeni mərhələnin başlanmasını təmin edəcək, tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana yeni qələbələr bəxş edəcəkdir!
Ulu Öndərin müdrik siyasəti - uğurlu inkişafa aparan tarixi yol - AZƏRTAC

Fazil Musayev - Azərbaycan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərini davam edir.  Azərbaycan çoxəsrlik dövlətçilik tarixinə malik olsa da, yalnız ən yeni dönəmdə - müstəqilliyin bərpasından sonra iqtisadi və siyasi yüksəlişi təmin edə, dünyada nüfuzlu və qüdrətli dövlət kimi tanına bilmişdir. Bu, birmənalı olaraq ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dühası, titanik və uzaqgörən fəaliyyəti sayəsində mümkün olmuşdur. Xalqın etimadını və ümidlərini doğruldan dahi liderlərin uğurlu siyasəti nəticəsində sabitlik və tərəqqi yoluna qədəm qoymuş Azərbaycanın adı nüfuzlu, qüdrətli və qalib dövlətlər sırasında çəkilməyə başlamışdır.

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” - Qanunla.Az

 Zahid Nuriyev - Bugünlər respublikamızın bütün guşələrində ümummilli liderimiz, böyük dövlət xadimi, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük təntənə və coşğu ilə qeyd olunur. Bu da təsadüfi deyil. Çünki böyük öndərimiz Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər göstərib.
Tarix sübut edir ki, taleyüklü mərhələlərdə hər bir dövlətin davamlı və sabit inkişafı ona rəhbərlik etmiş liderin fenomenal keyfiyyətləri ilə bilavasitə əlaqəlidir. Ötən əsrdə xalqımızın yetişdirdiyi nəhəng siyasətçi - Heydər Əliyev də məhz belə nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığını təmin etməyə nail olan əlahiddə liderlərdən idi. Ona görə də dövlət müstəqilliyimizin qarantı kimi öz xalqı qarşısında tarixi və misilsiz fəaliyyətin müəllifi olan Ulu Öndərin anadan olduğu 10 may tarixi Azərbaycan xalqının və bütövlükdə bütün dünya azərbaycanlılarının hər il dərin ehtiram və hörmətlə  qeyd etdikləri əlamətdar gündür. Bu tarixin 101-ci ildönümünün özəlliyi ondan ibarətdir ki, xalqımız bu günü Vətən müharibəsində doğma Qarabağ torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi fonunda xüsusi bir şövqlə, böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu baxımdan həmin tarix həm də siyasi və mənəvi yükə malik, rəmzi məna daşıyan bir təqvimdir.
Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək dərin bir ümmandır, böyük bir siyasi və həyat məktəbidir. Heydər Əliyev irsi zəngin xəzinədir və bu irsin öyrənilməsi bugünkü və gələcək nəsillər üçün olduqca vacibdir. Ulu Öndərimiz haqqında indiyə qədər çoxlu sayda dəyərli əsərlər, kitablar yazılıb, filmlər çəkilib.
Yaxın tariximizdən bəlli olduğu kimi, müstəqilliyimizin əldə olunmasının ilk mərhələsində Azərbaycanda tüğyan edən hərc-mərclik, hakimiyyət uğrunda daxili çəkişmələr, silahlı qarşıdurmalar, idarəetmədə səriştəsizlik, səfalət, kriminallaşma və inamsızlıq mühiti, açıq-aşkar separatizm meyilləri həm də bunu fürsət bilən Ermənistanın sonda ərazilərimizin işğalı ilə nəticələnən faciəvi hadisələrlə müşayiət olunurdu. Artıq heç kim dana bilməz ki, bütün bunların qarşısını xalqın təkidli tələbi ilə 1993-cü ildə xilaskar obrazında ikinci dəfə hakimyyətə gəlmiş dünya miqyaslı, təcrübəli siyasi xadim, dahi Heydər Əliyev ala bilmişdi. Onun ilk olaraq həllinə çalışdığı məsələ də məhz Dağlıq Qarabağ problemi idi. Tarix sübut etdi ki, dünya siyasətinə yaxından bələd olan Heydər Əliyev hələ münaqişənin ilk illərində “Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik” söylədikdə Qarabağ məsələsində yekun nəticəni hesablamağı bacarıb. Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlardakı bütün məkanlarda Azərbaycanın üçrəngli Qələbə bayrağını qaldırmaqla bu arzuları çin etdi.
Razılaşmamaq mümkün deyil ki, müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü nizamı çox tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 21 ildə qazanılan uğurlar da məhz bu amilə əsaslanır. Cənab İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi, qarşıya qoyulan hədəflərə qətiyyətlə nail olur.  Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.
Tarixi paralellər aparsaq görərik ki, Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi xətti 2003-cü ildən sonra Azərbaycan dövlətini idarə edən cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilir. Ulu öndər Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi isə bu uğurun əsaslarından biridir. Beləliklə, Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır, davam edir və nailiyyətlərimizin fövqündə dayanır.
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanıncoğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”

ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda Azərbaycanın ilk növbədə Avrasiya məkanında cərəyan edənproseslərdə rolu, ölkəmizə keçirilən beynəlxalq tədbirlərin milli maraqlarımızın təminolunması baxımından əhəmiyyəti, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran birsıra digər mövzular barədə AİA.az-ın suallarını Milli Məclisin deputatı, ParlamentinHesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləridoktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, Siz Azərbaycan və Rusiyanın 70 il ərzində SSRİ tərkibində müttəfiqrespublikalar kimi mövcud olmaları faktını ölkələrimiz arasında münasibətlərin özünəməxsusxarakterini formalaşdıran amil kimi qeyd etdiniz. Belə olan halda bu amilin Azərbaycan ilə keçmiş ittifaqın tərkibində mövcud olmuş digər respublikalarla, xüsusilə Türk dövlətləri iləolan münasibətlərinə də müəyyən təsirindən danışmaq olarmı?

- Bildiyiniz kimi, bu gün dünyada rəsmən tanınmış altı müstəqil türk dövləti mövcuddurki, onlardan da dörü – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Azərbaycan iləmüttəfiq respublikalar olublar. Əlbəttə ki, bu amil qarşılıqlı münasibətlərin formalaşmasına öztəsirini göstərməyə bilməz. Lakin bu Mərkəzi Asiya respublikaları ilə Azərbaycanı bağlayandaha önəmli faktor məhz ölkələrimizin və xalqlarımızın Türk dünyasına mənsubiyyətidir. Məhz Türk dövlətləri ilə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi bu gün Azərbaycanın xarici siyasətinin mühüm prioritet istiqamətidir.Azərbaycan bu ölkələrlə istər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli formatda əlaqələrini çox intensiv şəkildə gücləndirməkdədir. Əlbəttə ki, bu prosesdə ölkələrimizin dövlət başçılarının şəxsi münasibətləri, Prezidentlər səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər müstəsna rol oynayır.

- Yeri gəlmişkən, aprelin 24-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfərini ölkələrimiz arasında münasibətlərin inkişafına təsiri baxımından necə qiymətləndirirsiniz?

- Əvvəla onu deyim ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub və bu münasibətlərdə mədəni əlaqələr xüsusi yer tutur. Elə Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində baş tutmuş qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıda abidəsinin açılışı da böyük mədəni hadisə oldu. Ümumiyyətlə bu gün Qırğızıstan respublikası Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biridır. Aprelin 24-də Azərbaycan və Qırğızıstan Prezidentlərinin keçirdikləri görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu deməyə əsas verir. Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını
bildirdilər. İki ölkə arasında imzalanmış mühüm sənədlər, xüsusilə “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı” və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” Azərbaycan və Qırğızıstan münasibətlərinin həqiqətən də yeni, daha yüksək mərhələyə keçdiyini deməyə tam əsas verir. Həmçinin Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası da iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirilməlidir.

- Eldar müəllim, bu gün Azərbaycanın xarici siyasəti sözün həqiqi mənasında çoxşaxəliliyi ilə diqqəti cəlb edir. Bu gün, Qərb dövlətləri ilə Rusiya arasında münasibətlərin son dərəcə gərginləşdiyi halda ölkəmiz eyni zamanda hər iki tərəflə normal münasibətlərini qoruyub saxlayır və inkişaf etdirir. Məhz bu baxımdan Azərbaycan ilə NATO arasında əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan tam müstəqil xarici siyasət aparan bir ölkədir. Cənab Prezident İlham Əliyev bu faktı artıq çoxdan bütün dünya güclərinin nəzərinə birmənalı və qəti formada çatdırıb və ölkəmizin bu prinsipial mövqeyinin hər kəs tərəfindən qəbullanmasına nail olub.
Bu siyasətin prioritet istiqamətlərdən biri də ölkənin milli mənafelərindən çıxış edərək, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir. Məhz bu səbəbdən də nə Rusiya, nə də NATO ölkələri Azərbaycana qarşı tərəflə münasibətlərini hansı müstəvidə qurmalı olduğu barədə heç bir tövsiyyə vermək səlahiyyətinə malik deyillər və ola da bilməzlər. Təbii ki, Azərbaycan üçün qardaş Türkiyənin də üzv olduğu və haqlı olaraq dünyanın ən güclü hərbi təşkilatı hesab edilən NATO ilə tərəfdaşlıq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Martın 17-də NATOnun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfəri çərçivəsində müzakirə olunan məsələlərin aktuallığı və əhatəliliyi bunu deməyə əsas verir ki, təşkilat özü də Azərbaycanla əlaqələrin genişləndirilməsində və inkişafında son dərəcə maraqlıdır. Əlbəttə ki, Azərbaycan özünün silahlı qüvvələrinin məhdud kontingenti ilə NATO-nun rəhbərliyi ilə müxtəlif ölkələrdə keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında təmsil olunmaqla təkcə iqtisadi deyil, həmçinin hərbi sahədə də etibarlı tərəfdaş olduğunu sübut edib. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, 30 ildən artıq davam edən Azərbaycan-NATO tərəfdaşlığını birmənalı olaraq müsbət qiymətləndirə bilərik.

- Bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan NATO-ya üzv və tərəfdaş ölkələrin enerji təhlükəsizliklərinin təmintaında önəmli rol oynayır...

- Tamamilə doğru deyirsiniz. Elə mart ayında cənab Prezident İlham Əliyev ilə NATOnun Baş katibi arasında aparılan müzakirələrdə əsas mövzulardan biri də məhz enerji təhlükəsizliyi məsələsi ilə bağlı idi. Məlumdur ki, son vaxtlar qaz təchizatı baxımından azərbaycanla əməkdaşlıq edən NATO-ya üzv və tərəfdaş ölkələrin sayı getdikcə artır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə Alyansın tərəfdaş ölkəsidir. Cənab Prezident öz çıxışında əmin olduğunu bildirdi ki, qarşıdan gələn illərdə bu tərəfdaşların sayı bir qədər də artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir. İkinci bir tərəfdən isə, Azərbaycan yaxın gələcəkdə Avropa ölkələrinə həm də bərpaolunan enerji növlərini ixrac etməyi planlaşdırır. Ölkəmizin yaşıl gündəliyinin dünya birliyi tərəfindən qəbul olunması belə bir önəmli faktda da öz təsdiqini tapmışdır ki, Azərbaycan keçən ilin sonlarında yekdilliklə qəbul olunmuş qərara əsasən COP29-a ev
sahibliyi edəcək ölkə seçilmişdir. Dövlət başçımızın dediyi kimi, bu, ölkəmizin yaşıl keçidlə bağlı səylərinin birmənalı olaraq tanınmasının göstəricisidir.

- Siz növbəti dəfə mənim sualımı qabqlamış oldunuz. Aprelin 23-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda aparılan müzakirələr dünyanın noyabr ayında keçiriləcək bu tədbirdən kifayət qədər böyük gözləntilərinin olduğunu deməyə əsas verir. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycanın müxtəlif istiqamətləri əhatə edən ən mötəbər beynəlxalq tədbirləri keçirmək sahəsində böyük təcrübəsi var. Bu da onu deməyə əsas verir ki, ölkəmiz COP29-u da nəinki Azərbaycanın adına və nüfuzuna layiqli səviyyədə təşkil edəcək, hətta böyük ehtimalla bu Konfransın keçirilməsi proseduruna yeni, daha yüksək standartlar gətirəcək. Lakin qeyd etdiyiniz beynəlxalq forumda iştirak edən cənab Prezident İlham Əliyevin dediyi kimi, burada söhbət təkcə təşkilati məsələlərdən deyil, həmçinin nəticələrin əldə edilməsindən də gedir. Məhz bu baxımdan da dövlət başçımızın tədbir iştirakçılarının suallarını cavablandırarkən təqdim etdiyi detallı açıqlamalar bir çox önəmli məqamlara aydınlıq gətirmiş oldu. Xüsusilə cənab Prezidentin sinerji layihələri ilə bağlı səsləndirdiyi fikirlərin böyük marağa səbəb olduğunu deyə bilərik. Azərbaycan zəngin qazıntı yanacağı ehtiyatlarına malik ölkədir. Bu status Azərbaycana Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə önəmini artıran aparıcı mövqelərdən birini tutmaq imkanı verib. Təbii ki, bu gün planetar miqyasda problemlər yaradan iqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli istiqamətlərindən biri də yaşıl enerjiyə keçidi nəzərdə tutur. Lakin bu məsələ heç də yaxın gələcəkdə, həm də kəskin keçidlə öz həllini tapacaq bir məsələ deyil. Cənab Prezident İlham
Əliyev mühüm amil kimi belə bir faktın nəzərə alınmalı olduğunu diqqət mərkəzinə gətirdi ki, bu gün dünya iqtisadiyyatı, qlobal miqyasda sənaye bərpaolunan enerji növlərinə keçidə hələ hazır deyil. Bu da o deməkdir ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq və bunun əksini söyləmək sadəlövhlük olardı. Belə olan vəziyyətdə isə təbii ki, ən yaxşı yol dövlət başçımızın təklif etdiyi kimi, əlçatmaz hədəflər qoymaq yox, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Azərbaycan artıq bir neçə müddətdir ki, bunu edir. Cənab Prezident təkcə bu il üçün əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməlinin qoyulacağını anonsladı. Həm də qeyd olundu ki, bu, sadəcə bir başlanğıcdır. Çünki Azərbaycanın həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialı var və buraya su elektrik stansiyaların da əlavə olunsa Azərbaycan elektrik enerjisi istehsalı üçün istifadə etdiyi qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə əvəz edəcək.

- Yeri gəlmişkən, haqqında bəhs etdiyimiz tədbirin gedişində Prezident İlham Əliyev Ermənistanla bağlı da maraqlı fikirlər səsləndirmişdi...

- Bilirsiniz, bu gün artıq Ermənistan hökuməti özü də anlayır ki, Azərbaycanla düşmənçilik yox, dostluq etmək lazımdır. Yalnız ölkəmizlə normal münasibətlər qurulduğuhalda Ermənistan bu gün yaşadığı böhran və müflis durumdan qurtula bilər. Möhtərəm dövlət başçımız Zəngəzur dəhlizindən bəhs edərkən bu layihənin əslində Ermənistana heç də Azərbaycandan az lazım olmadığını açıq mətnlə qeyd etdi. Cənab Prezident Zəngəzur
dəhlizinin sasəcə dəmir yolu və avtomobil yolu deyil, eyni zamanda həm də elektrik kabeli, qaz boru kəməri funksiyalarını da daşıya biləcəyini diqqət mərkəzinə çəkdi. Təbii ki, bu halda Azərbaycan Naxçıvanın elektrik enerjisi və təbii qazla təchizatında xeyli irəliləyəcək. Lakin
Ermənistan da bu layihələrdən maksimum yararlana bilər. Həmçinin Ermənistan Qara dənizin dibi ilə çəkiləcək kabelə də qoşulmaq istəyir, çünki bu nəhəng layihə də əlavə enerji imkanlarını yaradacaq. Lakin bu şansı da əldə etmək üçün Ermənistan mütləq Azərbaycanla münasibətlərini nizamlamalıdır ki, bunun da əsas şərtlərindən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır. Bütün bu proseslərə start verə biləcək başlanğıc nöqtə isə yalnız iki ölkə arasında sülh sazişinin imzalanması ola bilər. Bunun üçün rəsmi İrəvan ilk növbədə özünü bəzi Qərb ölkələrinin buxovundan azad etməli və müstəqil siyasət yürütməyə başlamalıdır. Düşünürəm, Azərbaycanın verdiyi tarixi şansları qaçırmaq Ermənistanın növbəti böyük səhvi ola bilər ki, bu da ilk növbədə bu ölkənin özü üçün yeni fəsadlara yol aça bilər.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”
Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi aktiv xarici siyasət kursu bu gün ölkəmizin paytaxtını sözün əsl mənasında dünyanın aparıcı siyasi mərkəzlərindən birinə çevirib. Bir-birini əvəzləyən qlobal əhəmiyyətli konfrans və forumlar, müxtəlif nüfuzlu tədbirlər Bakını dünyanın diqqətindən yayınmağa qoymur. Əlbəttə ki, bütün bu mühüm hadisələrin fonunda bir tərəfdən də Azərbaycan Prezidentinin davamlı olaraq Avropanın və dünyanın aparıcı ölkə rəhbərlərindən, beynəlxalq təşkilatlardan aldığı dəvətlər, dövlət başçımızın müxtəlif qlobal sammit və toplantılarda iştirakı ölkəmizin hər gün daha da yüksələn nüfuzundan və dünya miqyasında cərəyan edən hadisələrə getdikcə artan təsir imkanlarından xəbər verir.

Bugünkü buraxılışımızda Azərbaycanın ilk növbədə Avrasiya məkanında cərəyan edən proseslərdə rolu, ölkəmizə keçirilən beynəlxalq tədbirlərin milli maraqlarımızın təmin olunması baxımından əhəmiyyəti, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur və bu müsahibəyə razılıq verdiyinizə görə Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, bu gün regionumuzda və dünyada gedən prosesləri diqqətlə izləyən ictimai-siyasi xadim olaraq, Siz də Azərbaycanın getdikcə daha çox cərəyan edən hadisələrin mərkəzinə çəkildiyinin fərqindəsiniz. İlk növbədə mən məhz bu tendensiya barədə fikirlərinizi öyrənmək istərdim. Bu aktivlik ölkəmizə nə vəd edir?

- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. Həqiqətən də 2024-cü ilin ilk yarısı dünyada baş verən bir çox mühüm hadisələrlə kifayət qədər zəngin oldu. Aydındır ki, Azərbaycan ilk növbədə yerləşdiyi coğrafi məkan və sahib olduğu zəngin strateji təbii ehtiyatlar səbəbindən cərəyan edən qlobal proseslərdən kənarda qala bilməz. Bu gün Avropanın Azərbaycan qazına çox böyük ehtiyacı var. Həmçinin bu gün Asiya ölkələrinin öz yüklərini Avropaya çatdırmaq üçün Azərbaycandan keçən və ən təhlükəsiz hesab olunan beynəlxalq nəqliyyat marşrutlarına ehtiyacları var. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən incə düşünülmüş və uğurla həyata keçirilən xarici siyasət strategiyası da Azərbaycanın bu gün sadəcə xəritədə deyil, real həyatda Şərq ilə Qərbin qovşağında əsl kilid məntəqəyə çevrilərək bu strateji üstünlüyün dövlətimizin mənafeyinə və xalqın rifahına maksimum xidmət etməsini təmin edir. O cümlədən dövlət başçımızın müxtəlif ölkələrdə ən yüksək səviyyədə dəvət əsasında iştirak etdiyi, özünün şəxsi təşəbbüsü ilə keçirilən və yaxud da himayə etdiyi mötəbər beynəlxalq tədbirlərin mövzusu və coğrafiyası da bu strategiyanın fəal işləkliyini və yüksək effektivliyini nümayiş etdirir. Bu gün Azərbaycan artıq regional miqyasdan çıxaraq dünya əhəmiyyətli oyunçuya çevrilməkdədir. Həm də bu proses çox sürətlə gedir. Azərbaycan artıq sadəcə qonşu dövlətlər deyil, həmçinin müxtəlif qitələrdə yerləşən ölkələr arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsi kimi qlobal məsələlərin həllində mühüm rol oynamağa başlayır. Əlbəttə ki, bütün bunlar yenə də birbaşa cənab Prezident İliham Əliyevin aktiv siyasi fəaliyyətinin nəticəsidir. Azərbaycan getdikcə güclənir, xalqın rifahı durmadan yüksəlir, dövlətimiz qarşısında duran mühüm vəzifələri ardıcıl şəkildə yerinə yetirir. Gələcəyə dair isə, yalnız bunu deyə bilərəm ki, dövlət başçımızın bu gün atdığı addımların üç, beş, yaxud da on ildən sonra ölkəmizə hansı üstünlükləri qazandıracağını təxmin edə bilmək üçün bugünkü uğurlarımızın əsasında bir neçə il öncə həyata keçirilmiş hansı tədbirlərin durduğunu araşdırmaq kifayətdir.

- Eldar müəllim, məndə artıq əsaslı şübhələr yaranmağa başlayır ki, bizim bugünkü söhbətimiz ənənəvu müsahibə formatından kənara çıxa bilər. Çünki Sizin hər bir məsələ barədə verdiyiniz detallı açıqlamalar mənim bir çox suallarımı da qabaqlayır. Hər halda Sizdən geri qalmamağğa çalışaram. Növbəti sualım Prezident İlham Əliyevin aprel ayının 26-da Almaniyaya etdiyi rəsmi səfərlə bağlı olacaq. Necə bilirsiniz bu səfəri Azərbaycanın Avropada mövqelərini gücləndirən növbəti addım kimi qiymətləndirə bilərikmi?

- Bu birmənalı olarq belədir. Ümumiyyətlə, Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq xaricdə və ölkə daxilində keçirdiyi bütün təkbətək və geniş tərkibli görüşlər, qatıldığı tədbirlər ilk növbədə məhz Azərbaycanın beynəlxalq statusunun yüksəlməsinə, mövqelərinin güclənməsinə dəqiq hesablanıb. Eyni zamanda bunu da mütləq qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımızın Almaniyaya rəsmi səfəri Azərbaycan Prezidentinin dünya və Avropa liderləri sırasında öz layiqli yeri olan nüfuzlu siyasi xadim olması faktını önə çəkən məqamlarla zəngin olmuşdur. İlk növbədə cənab Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün birbaşa Federal Kansler Olaf Şoltsdan dəvət alması, həmçinin Berlində Almaniyanın Kansleri və xarici işlər naziri tərəfindən qarşılanması dövlət başçımızın yüksək şəxsi nüfuzunun daha bir təsdiqidir. Mötəbər tədbirdə çıxış edən cənab Prezident bir daha bildirdi ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradır. Həqiqətən də Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurlu sədrliyi, bu təşkilatın bir çox üzvləri ilə qurulmuş xüsusilə məhsuldar münasibətlər Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək üçün unikal imkanlar yaradıb. Buna paralel olaraq Azərbaycanın Avropa ilə əlaqələri kifayət qədər uğurla inkişaf etməkdə və genişlənməkdədir. Ölkəmiz Avropa İttifaqının doqquz üzvü ilə imzaladığı və ya qəbul etdiyi “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr əsasında əməkdaşlığını davam etdirir. Bununla Azərbaycan artıq transkontinental əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə, həmrəyliyin bərqərar olmasına töhfələr vermək imkanlarını nümayiş etdirmiş olur. Bir ölkənin beynəlxalq müstəvidə nüfuzu və gücü də məhz bu kimi amillərlə qiymətləndirilir.

- Dövlət başçımızın Berlində mətbuata bəyanatla etdiyi çıxışında daha hansı məqamlar xüsusilə diqqətinizi çəkdi?

- Əvvəla onu deyim ki, cənab Prezident İlham Əliyevin Berlində istər “İqlim Dialoqunun” Yüksək Səviyyəli Seqmentindəki çıxışında, istərsə də mətbuata bəyanatında ifadə olunan fikirlərin hər biri konkret hədəfə yönəlmiş, bu və ya digər məsələnin müzakirəsinə və həlli yollarının müəyyənləşdirilməsinə hesablanmış mühüm konseptlərdir. Əlbəttə ki, dövlət başçımızın mətbuata bəyanatla etdiyi çıxışında əks olunmuş ən vacib məqamlardan biri də regional təhlükəsizlik və sülh məsələləri ilə bağlı oldu. Cənab Prezident qəti və birmənalı şəkildə bildirdi ki, hazırda Ermənistanla davam edən sülh danışıqlarını Azərbaycan yüksək qiymətləndirir. Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesinə başlanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geri qaytarılması, Azərbaycanda yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də artıq öz fəaliyyətini dayandırması – bütün bunlar əlbəttə ki, sülhə doğru atılan önəmli addımlardır. Həmçinin belə bir vacib məqam da nəzərə alınmalıdır ki, ölkəmiz bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürərkən Ermənistan da öz namizədliyini vermişdi. Lakin aparılan danışıqların nəticəsi olaraq Ermənistan ölkəmizin xeyrinə öz namizədliyini geri çəkdi. Dövlət başçımızın dediyi kimi, bu gün sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var və Azərbaycan bütün bu işlərdə səmimi köməklik göstərmək istəyən ölkələrlə əməkdaşlığa hazırdır.

- Eldar müəllim, Rusiya sülhməramlılarının ölkəmizi tərk etmələri ilə bağlı xəbəri necə qarşıladınız. Axı əslində onların missiyalarının müddəti hələ başa çatmayıb?

- Bilirsinizmi, bir qədər qəribə səslənsə də, hərdən belə də olur – müddət hələ davam edir, missiya isə faktiki olaraq artıq başa çatıb. Məsələ bundadır ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra həyata keçirdiyi müvafiq tədbirlərlə sabitliyi, millətlərarası normal əlaqələri təmin etmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Ölkəmiz beynəlxalq səviyyədə Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni mənşəli şəxslər üçün bütün təminatları verdi. Həmçinin Azərbaycan hazırda bütün Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində lazımi addımları atır. Bu isə o deməkdir ki, faktiki olaraq Rusiya Sülhməramlılarının ölkəmizin ərazisində yerinə yetirməli olduqları heç bir funksiyası qalmamışdır. Qarabağdakı qeyri-qanuni, separatçı rejimin ordumuzun keçən ilin sentyabrında keçirdiyi antiterror tədbiri nəticəsində ləğv olunmasından sonra erməni sakinlərinin böyük bir hissəsi ərazini könüllü sürətdə tərk etdilər. Qalanlar isə Azərbaycan vətəndaşlığını qəbul ediblər. Azərbaycan dövləti tərəfindən onların sosial məsələləri diqqətdə saxlanılır və həll olunur, təhlükəsizlikləri təmin edilir. Azərbaycan Silahlı Qüvvələri bütün əraziyə və sərhədlərə tam nəzarət edir. Artıq nə dövlətçiliyimiz, nə də işğaldan azad olunmuş ərazilərimizdəki sakinlər üçün heç bir təhlükə yoxdur. Məhz bütün bunlar nəzərə alınaraq, Azərbaycan və Rusiya rəhbərləri tərəfindən ölkəmizdə müvəqqəti yerləşdirilən sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edildi. Xatırlayırsınızsa, 2020-ci ildə imzalanmış üçtərəfli 10 noyabr Bəyannaməsində Rusiya Sülhməramlıları barədə maddənin yer alımasını bəziləri az qala Azərbaycanın məğlubiyyəti kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxırdılar. Belə fikirlər səsləndirilirdi ki, bu missiya Azərbaycanda Rusiya silahlı qüvvələrinin bazasına çevriləcək və onları artıq bizim ərazilərimizdən çıxarmaq mümkün olmayacaq. Lakin zaman özü bu dəfə də bütün nöqtələri öz yerinə qoydu və cənab Prezident İlham Əliyevin uzaqgörənliyinin, hadisələri onların baş verməsindən bir neçə il öncə istiqamətləndirmək bacarığının real nəticələrini hər kəsə nümayiş etdirdi.

- Elə Rusiya mövzusuna toxunmuşkən, Eldar müəllim, şimal qonşumuzla Azərbaycanın bugünkü münasibətləri və bu münasibətlərin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, bu suala da birmənalı olaraq cavab vermək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri kifayət qədər yüksək səviyyədədir və arzuolunan istiqamətdə də inkişaf edir. Hamımız şahidi olduq ki, ötən il Azərbaycanda olduğu kimi, Rusiyada da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd olundu. Təkcə bu faktın özü artıq ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin bir nümayişi idi və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Belə bir vacib məqamı qətiyyən nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan və Rusiyanın 70 il ərzində vahid ittifaqda yer almaları ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində isə, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Bu gün də Azərbaycan-Rusiya əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Artıq iki ildən çoxdur ki, Azərbaycan və Rusiya öz əlaqələrini 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində tənzimləyirlər. Həqiqətən bu mühüm sənəd ölkələrimiz arasında münasibətlərin gələcək ardıcıl inkişafını da müəyyən edir. Bu baxımdan təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına yönəlmiş səyləri mühüm əhəmiyyət kəsb edir. Həmçinin ölkələrimiz arasında bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin imzalanması da iki dost ölkənin gələcəyə baxışlarında ümumi maraqların, yanaşma və mövqe eyniliklərinin kifayət qədər olduğunu deməyə əsas verir. Beləliklə, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təməl üzərində qurulub və hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq xalqlarımızın rifahı naminə inkişaf etdirilir.

(ardı var...)

Söhbətləşdi: Azər Məmmədov
BDYPİ sürücülərə çağırış etdi - VİDEO

“Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində şübhəsiz ki, nəqliyyat vasitələrinin sayının gündən günə artmasının böyük təsiri var. Nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır”.

Yol-xeber.az xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciətində yer alıb. 

Bildirilib ki, dünyada eləcə də, ölkəmizdə daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80%-dir.

Hesablamalara görə, ölkəmizdə avtomobil nəqliyyatından atmosferə il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobilləri saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır”.

Xəbər lenti