![]() |
|
"Məktəblilər üçün yeni geyim nümunələri təsdiq üçün təqdim edilib".
Bu barədə Təhsil Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Rəsmi məlumata görə, həmin təsvirlər təsdiq edildiyi təqdirdə ictimaiyyətə bildiriləcək.
Bununla belə qeyd edilib ki, yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları da istifadədə qalacaq.
Xatırladaq ki, pandemiyadan əvvəl 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılmışdı.
Layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.
Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:
- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;
- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;
- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi tender nəticələri ləğv olunub.
“Yol-xeber.az”ın xəbərinə görə, tender Bakı şəhəri ərazisində dezinfeksiya işlərinin davam etdirilməsi məqsədilə tələb olunan dezinfeksiyaedici məhllulların alıbnması üçün 23 iyun 2021-ci il tarixində keçirilib.
Şəhər ərazisində aparılan dezinfeksiya işlərinin dayandırılması səbəbindən sözügedən tenderin nəticələri ləğv olunub.
Yol-xeber.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu məsələ ilə bağlı artıq yeni iddialar da ortaya atılıb və bu informasiyalar “patı”nın geniş yayılmasının səbəbi kimi təqdim edilir.
15 il narkotik aludəçisi olan Cəlil adlı şəxs bloger Nail Kəmərliyə müsahibəsində iddia edib ki, əvvəllər “patı” İrandan qaçaq yolla gətirilirmiş:
“İndi isə İrandan bir neçə nəfər gəlib Bakıda qalır. Onların istədiyi və açıq satışda olan 26 maddəni alıb verirsən, 3 gün ərzində 3 kiloqram düzəldib verirlər.
Satandan sonra pulunu göndərirsən. Əvvəl qaçaqmalçılıq yolu ilə gələndə “patı”nın qramı 110 manat idi, indi 35-40 manatdır. “Şüşə” də burada düzəldilir.
Qızlar da arıqlamağın xətrinə çəkirlər. Nə yatırlar, nə yemək yeyirlər. Çəkəndən sonra iştah olmur, istəsən də yemək yeyə bilmirsən. Sonra da insanı məhv edir, beyin quruyur”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iddia olunan məlumatlar Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən dəfələrlə hərtərəfli yoxlanılıb:
“Narkotik vasitə istifadəçiləri arasında “patı”, "şüşə" adlanan, psixotrop maddə olan metamfetaminin Azərbaycanda istehsal olunması ilə bağlı iddialar öz təsdiqini tapmayıb, bunlar hamısı cəfəngiyyatdır. Qəti şəkildə psixotrop maddə olan metamfetaminin ölkə ərazisində guya istehsal olunmasına dair sosial şəbəkələrdə yayılan həqiqətə uyğun olmayan məlumatlar tərəfimizdən təkzib edilir.
Bu informasiyalar xaricdə yaşayan narkotik maddə və psixotrop maddə istehsalı ilə məşğul olan şəxslər tərəfindən qəsdən yayılır. Çünki Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz yolla ölkəyə daxil olmasına və dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri daha da gücləndirilib.
Narkotik vasitələrin ölkə ərazisində yayılmasına, satışına qarşı əməliyyat tədbirləri bu gün polis əməkdaşları tərəfindən sərt şəkildə aparılır. Həmin əməliyyatlar barədə mütəmadi olaraq informasiyalar ictimaiyyətə təqdim edilir.
Bunun nəticəsində xaricdə yaşayan narkotik alverçiləri ölkə daxilində onların maraqlarına xidmət edən narkokuryerlər tapmaqda çətinliklərlə rastlaşırlar.
Buna görə də onlar, yəni xaricdə yaşayan narkotik maddə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər bu maddələrin satışından əldə etdikləri gəlirlərinin azalmasını belə gözə alaraq “patı” adlanan metamfetaminin qiymətini qəsdən aşağı salırlar ki, bu maddələr mümkün qədər geniş yayılsın və özlərinə ölkə ərazisində narkokuryer tapa bilsinlər.
Bir məqamı da qeyd edək ki, Nazirliyin mütəxəssisləri tərəfindən daim sosial şəbəkələrdə narkotik vasitələr təklif edən və xaricdən idarə olunan səhifələrə daim xüsusi texniki tədbirlərlə nəzarət edilir.
Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilsinlər ki, onlara qarşı sərt mübarizə tədbirləri davam etdirilir. Həmin şəxslər polis əmədaşları tərəfindən ifşa edilir və bundan sonra da ifşa ediləcəkdir".
Xəbərdarlıqda deyilir:
"İyulun 7-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. İyulun 7-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı olunur".
“Bəzi vulkanlar alov qarışıq palçıqla püskürür. Vulkanlar da var ki, qazların sıxılması nəticəsində alovla, yanğınla müşahidə olunur”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Respublika Seysmoloji xidmət mərkəzinin baş direktoru Qurban Yetirmişli ötən gün Xəzər dənizində partlayan palçıq vulkanı ilə bağlı danışarkən deyib.
“Əgər zəlzələ ocağında hazırlıq getmirsə, orada gərginlik toplanmayıbsa, sıxılma getmirsə yaxud bu vulkandakı qaz və suların hazırlığı yoxdursa, gərgin-kritik vəziyyətə çatmayıbsa, bu vulkanlar bir-birini oyada bilməz.
Xəzərdə nə qədər vulkan var. Zəlzələ də oldu. Niyə vulkanların hamısı birdən püskürmədi? Deməli, onlar (vulkanlar) hazırlıqsızdır, sönük haldadır”, – Q.Yetirmişli söyləyib.
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları reyd keçirib.
Yol-xeber.az xəbər verir ki, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər çərçivəsində qayda pozan sürücülər saxlanılıb.
Tədbir zamanı Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə kobud qayda pozuntularına yol verənlər, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb.
Bu barədə Yol-xeber.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, bu çərçivədə 6 iyul 2021-ci il tarixdən 211 nömrəli müntəzəm marşrut xətti (Aşıq Molla Cümə küçəsi-“Sədərək” ticarət mərkəzi) üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək.
Sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, 211 nömrəli xətt üzrə avtobuslar qeyd olunan tarixdən Aşıq Molla Cümə küçəsindən başlayaraq hərəkət edəcək.
Son dayanacaq məntəqəsilə bağlı dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilib. Dəyişiklik sayəsində 211 nömrəli marşrut xəttindən gündəlik istifadə edən orta hesabla 12 min nəfərdən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq.
Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Xətt üzrə tarif 0,35 manat müəyyən olunub.
DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi 2021-ci ildə polis orqanlarında xidmətdə olan avtomobillər üçün markasına və buraxılış ilinə görə ehtiyyat hissələrinin, müxtəlif ölçülü, markalı avtomobil şinləri və akkumlaytor batareyalarının satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
“Yol-xeber.az”ın məlumatına görə, tenderin qalibi Türkər LTD şirkəti olub. Qalib şirkətlə 2 809,991 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Türkər LTD şirkəti 09.06.2000 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həməşəyev Xoca İbrahim oğludur.