DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi 2021-ci ildə polis orqanlarında xidmətdə olan avtomobillər üçün markasına və buraxılış ilinə görə ehtiyyat hissələrinin, müxtəlif ölçülü, markalı avtomobil şinləri və akkumlaytor batareyalarının satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

“Yol-xeber.az”ın məlumatına görə, tenderin qalibi Türkər LTD şirkəti olub. Qalib şirkətlə 2 809,991 min manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, Türkər LTD şirkəti 09.06.2000 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həməşəyev Xoca İbrahim oğludur.

Xəbər lenti