![]() |
|
“Düşünürəm ki, vulkanın püskürməsi onun yaxın ətrafına vulkan külünün çökməsi və digər fəsadlarla baş verir”.
“Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.
“Ona görə də mən düşünümürəm ki, 30-40 km onun fəsadları çimərliklərdə hər hansı bir problem yaratsın” – nazirlik rəsmisi bildirib.
“Yol-xeber.az” xəbər verir ki, bunu Respublika Seysmoloji xidmət mərkəzinin baş direktoru Qurban Yetirmişli ötən gün Xəzər dənizində partlayan palçıq vulkanı ilə bağlı danışarkən deyib. O bildirib ki, bu ada vaxtilə orada olan vulkanların püskürməsindən əmələ gəlib:
“Bu volkan çoxdandır püskürmürdü. Tarixi məlumata görə, sonuncu dəfə bu vulkan 1945-ci ildə püskürüb. Xəzər dənoizində çoxlu sayda palçıq vulkanları var. Bunlar mütəmadi olaraq istər quruda, istərsə də dənizdə baş verir. Ötən gün ETSN-lə birgə vizual baxışdan sonra belə qərara gəldik ki, alovlanmanın xarakterinə görə ehtimal olundu ki, ərazidə vulkan püskürüb. Sonrakı tədqiqat və araşdırmalar bunu göstərdi ki, bu vulkan 8 dəqiqə püskürüb, onun yanma müddəti 20-25 saniyə çəkib. Alovun hündürlüyü təxminən 50 metr olub”.
Ötən gün baş verən vulkan yerli saatla 21:51-də Daşlı adanın strukturuna yaxın ərazidə püskürüb.
“Ölkə.az” xəbər verir ki, bunu Respublika Seysmoloji xidmət mərkəzinin baş direktoru Qurban Yetirmişli ötən gün Xəzər dənizində partlayan palçıq vulkanı ilə bağlı danışarkən deyib. O bildirib ki, bu ada vaxtilə orada olan vulkanların püskürməsindən əmələ gəlib:
“Bu volkan çoxdandır püskürmürdü. Tarixi məlumata görə, sonuncu dəfə bu vulkan 1945-ci ildə püskürüb. Xəzər dənoizində çoxlu sayda palçıq vulkanları var. Bunlar mütəmadi olaraq istər quruda, istərsə də dənizdə baş verir. Ötən gün ETSN-lə birgə vizual baxışdan sonra belə qərara gəldik ki, alovlanmanın xarakterinə görə ehtimal olundu ki, ərazidə vulkan püskürüb. Sonrakı tədqiqat və araşdırmalar bunu göstərdi ki, bu vulkan 8 dəqiqə püskürüb, onun yanma müddəti 20-25 saniyə çəkib. Alovun hündürlüyü təxminən 50 metr olub”.
Toy mərasimlərinin təşkili üçün icazə.e-gov.az portalında 956 tədbir qeydiyyata alınıb. Bəzi restoranlarda bir gündə iki və daha çox toy keçirilir. Restoran menecerləri deyir ki, nəzarət hər restoranda fərqli aparılır.
Yol-xeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, toylarla bağlı müraciətlərin sayı minə çatır.
1 iyul tarixindən müəyyən şərtlərlə toylara icazənin verilməsi həm pandemiyadan öncə toy planı quranları, həm də bu dövrdə öz yarını tapıb toy etməyi planlaşdıranları sevindirdi. Restoran menecerləri deyir ki, tarix məlum olduğu gündən müraciətlər başlanılıb.
Restoranların bəziləri toy etmək üçün tarix götürənlərlə gələn qonaqların COVİD pasportunun olmasına dair müqavilə bağlayır, bəziləri də müəyyən xəbərdarlıqlar edir. Bütün sanitar- gigeynik qaydalara əməl olunur.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib ki, icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə 956 tədbir qeydiyyatdan keçirilib. Bunların 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşüb.
Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən çox qeydiyyat sayı isə 1 iyul tarixində qeydə alınıb. Bu tarixdə 2299 əməkdaş və 383 tədbir üçün icazə alınıb. Xatırladaq ki, şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq icaze.e-gov.az portalı 26 iyun tarixindən etibarən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən aktivləşdirilib.
İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) heç bir sənaye obyektinə zərər dəyməyib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir.
Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.
Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilmişdir. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmamışdır.
Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.
Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.
1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.
2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.
2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.
10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.
Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.
O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.
Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.
Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.
Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.
Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.
2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.
Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada - Avropadan Amerikayadək - yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.
Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.
2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.
12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.
IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.
Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır.
Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.
Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.
2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.
20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.
2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.
Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.
Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.
Azərbaycanda hələ də "ov" və "yev" soyadları üstünlük təşkil edir. Soyad sonluqlarının dəyişdirilməsini arzulayanlar çox olsa da, onlar heç də prosedurun asan olmasından xəbərdar deyillər.
"Bizim.media" xəbər verir ki, 1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib.
Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər.
18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir.
Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.
Tələb olunan sənədlərə gəlincə, onların siyahısı da uzun deyil. Bunu elektron qaydada etmək mümkündür.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin elektron xidmətləri arasında "soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət" xidməti mövcuddur. Bunun üçün istifadəçi tərəfindən elektron qaydada ərizə doldurulur.
Ərizəyə qeyd olunan sənədlər əlavə olunur:
1. İstifadəçinin ilkin hərbi qeydiyyata alınması haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinin skan edilmiş surəti;
2. istifadəçinin 3x4 ölçüdə elektron formatda fotoşəkli;
3. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin skan edilmiş surəti.
"Dövlət rüsumu haqqında" qanuna əsasən, soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat rüsum ödənməlidir.
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun qərarı ilə Qurban bayramında istirahət günlərinin ardıcıllığının təmin edilməsilə bağlı 17 iyul (şənbə) və 19 iyul (bazar ertəsi) günlərinin yeri dəyişdirilib.
"Digər qərarda isə 17 iyul şənbə günü (iş günü) olduğundan, ictimai nəqliyyatın məhdudlaşdırılacağı bildirilib.
Operativ Qərargahdan bildirilib ki, qeyd edilən məsələ bağlı yeni qərar imzalanacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişikliklə 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq. Modern.az
Bu klinikalar ucqar dağ kəndlərində fəaliyyət göstərəcək. Mobil klinika bir neçə otaqdan ibarətdir və zəruri tibbi avadanlıqlarla təhciz olunub.
Vətəndaşlara həmin avtomobillərdə təcili tibbi xidmət göstəriləcək.
Daha ətraflı Baku Tv-nin süjetində:
Müdafiə Nazirliyi Laçın rayonunun Seyidlər kəndindən videogörüntülər yayıb.
Həmin görüntüləri təqdim edirik:
Şəkidə Xan məscidində yeni qəbir tapılıb.
Yol-xeber.az-ın lent.az-a istinadən məlumatına görə, yeni tapılan qəbirin Hüseyn xana aid olduğu deyilir.
Şəki “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov Lent.az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, Xan məscidi bir müddətdir təmirə bağlanıb: “Məsciddə aparılan arxeoloji qazıntılar zamanı orada yeni qəbir tapıldı. Tapılan qəbrin Hüseyn xana məxsus olduğu ehtimal edilir. Qəbir tam açıldıqdan sonra kimə məxsus olduğu dəqiq bilinəcək”.