Şəkidə Xan məscidində yeni qəbir tapılıb.

Yol-xeber.az-ın lent.az-a istinadən məlumatına görə, yeni tapılan qəbirin Hüseyn xana aid olduğu deyilir.

Şəki “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov Lent.az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, Xan məscidi bir müddətdir təmirə bağlanıb: “Məsciddə aparılan arxeoloji qazıntılar zamanı orada yeni qəbir tapıldı. Tapılan qəbrin Hüseyn xana məxsus olduğu ehtimal edilir. Qəbir tam açıldıqdan sonra kimə məxsus olduğu dəqiq bilinəcək”.

Xəbər lenti