![]() |
|
Martın 16-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 11 295 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 462 951 nəfər peyvəndlənmə prosesində iştirak edib. Qeyd olunub ki, vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
"Bu günlərdə ölkə başçısı İlham Əliyev Tuğ kəndinə səfər edərkən kəndin ermənilər tərəfindən dağıdılan tarixi məktəb binasına da baş çəkib.
Əsası 1885-ci ildə Azərbaycanın görkəmli mütəfəkkiri Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş tanınmış azərbaycanlı ziyalılar müəllimlik ediblər".
Bu barədə təhsil naziri Emin Əmrullayev özünün “Facebook” səhifəsində yazıb.
Nazir qeyd edib ki, 1978-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Tuğ kəndində 640 şagird yerlik 2 mərtəbəli müasir tipli məktəb binası inşa edilib:
"Erməni işğalından sonra Tuğ kənd məktəbi bir müddət Bakı şəhərində fəaliyyət göstərib. Hazırda isə Beyləqan rayonunda fəaliyyətini davam etdirir.
Paylaşdığım fotolarda Tuğ kənd məktəbinin 1978-ci ilədək fəaliyyət göstərdiyi tarixi binasının və erməni işğalı zamanı dağıntılara məruz qalmasından sonrakı görüntüləri əks olunub".
Martın 17-də mətbuat nümayəndələrinin işğaldan azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri təşkil edilib.
"Prezidentin izi ilə" adlı mediaturun iştirakçıları Füzulinin işğaldan azad olunmuş ərazilərinə, dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasına gedib.
Daha sonra Xocavəndin Hadrut qəsəbəsinə də səfər ediləcək.
9 günlük tətil müddətində ictimai nəqliyyat işləyəcək?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib:
"Bu məsələylə bağlı qərar vermək Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Bu səbəbdən də hər hansı bir açıqlama verə bilmərik. Qeyd etdiyim kimi bununla bağlı hər hansı bir açıqlamanı da Operativ Qərargah verə bilər, onlara aid məsələdir".
Oxu.az xəbər verir ki, sentyabrın 27-si başlayan II Qarabağ müharibəsinin qəhrəmanı, leytenant Abdullayev İntiqam Allahverdi oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.
Qeyd edək ki, Abdullayev İntiqam 1998-ci ildə Ordubadın Düylün kəndində doğulub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.
"Ölkə.Az" xəbər verir ki, koronavirusa yoluxanların sayında yenidən artımın baş verməsi böyük həyəcanla qarşılanır.
Hər kəsi bir sual maraqlandırır ki, yoluxma sayında nə üçün bu qədər artım qeydə alınıb. Bu sualı cavablandıran deputat Rəşad Mahmudov bildirib ki, dünyada son 10 gündə tam səbəbi bilinməyən koronavirusa yoluxanların sayında yüksəlmə müşahidə olunur:
"Buna havaların qeyri-stabil keçməsi, mövsüm dəyişikliyi olarkən insanlarda baş verən proses, eləcə də bizim bilmədiyimiz səbəblər göstərilir. Amma son iki ayda dünyada yoluxanların sayında rəqəmlərin aşağı düşməsi insanlarda arxayınçılıq yaratmışdı. Üst tənəffüs yolu infeksiyalarının ən çox yayılması təmaslar, insanların bir-birilə ünsiyyəti zamanı yaranır.
Rəqəmlərin sabahdan etibarən bir qədər də artması bizi qorxuda bilər. Arzu edək ki, bu tendensiya artan isiqamətdə getməsin. Bu rəqəmlər yüksələrsə, yoluxmaqdan çox, ölkələrdə səhiyyə sisteminin zədə görməsi və reanimasiya otaqlarının tükənməsi ehtimalı var.
ÜST-ün dünyada bir il ərzində apardığı tədqiqatlar nəticəsində məlum olub ki, yeni yoluxma sürəti artıdığı bir vaxtda sərt qapanma tədbirləri o qədər də məsləhət görülmür. Burda əsas məsələ sərt karantindən çox, insanların bu prosesə qarşı həssas davranması və gündəlik davranışlara əməl etməsidir. İnsanlar qəbul etməlidir ki, ətrafındakıların gündən-günə yoluxma ehtimalları var və onlarla təmas artırıldığı zaman, xüsusən də Novruz bayramı ilə bağlı adət-ənənələr təhlükə yaradır".
İclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.
Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq.
Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim Adil Qeybulla deyib. O bildirib ki, bayram günlərində karantinin olması insanlara mənfi təsir edə bilər:
"Azərbaycanda ikinci dalğada qazanılan təcrübə onu göstərdi ki, bir müddət karantin qaydalarını tətbiq etməməyimiz bizi xeyli çətinliklərlə üz-üzə qoydu. Bu gün gündəlik yoluxmalar barədə açıqlanan rəsmi rəqəmlər də "aysberqin görünən" hissəsidir. Gündəlik iş rejimimizdə də yoluxanların sayının artmasını müşahidə edirik. Hesab edirəm ki, belə bir situasiya varsa, maarifləndirici tədbirlər görülməlidir. Bayram günlərində hansısa karantin qaydalarının sərtləşdilməsi insanların əhval-ruhiyyəsinə mənfi təsir edə bilər. Bu səbəbdən bayramqabağı karantinin sərtləşdirilməsini məqsədəuyğun hesab etmirəm. Bayramlardan sonra yəqin ki, epidemioloji vəziyyətə uyğun qərarlar verilə bilər. Ümid edirəm ki, əhali də bunu anlayışla qarşılayar. Qaydalara əməl edərsək, üçüncü dalğadan daha az itki və problemlə çıxa bilərik”.
Peyvənd vurulmasının daha intensivləşdirilməsi lazım olduğunu qeyd edən A. Qeybulla risk qrupunun peyvəndlənməsinin baş çatmasından sonra ölkədə yumşaldılmaların ola biləcəyini söyləyib:
“Qısa müddətdə əhalinin böyük hissəsinə peyvənd vurularsa, bu dalğanı az itkilərlə başa vura bilərik. Kütləvi peyvəndlənmənin əsas işi operativlikdir. Bütün tibb müəssisələri bu işə cəlb olunmalı və vətəndaşlar istədikləri müəssisədə peyvənd vurdurmalıdır. Əhalinin 2-3 milyonunun qısa müddətdə peyvənd vurdurması xeyli effekt verəcək. Bunun həm üçüncü dalğanı rahat keçirmək, həm də kollektiv immunitet üçün müsbət tərəfləri olacaq. Risk qrupuna daxil olanların peyvəndlənməsi prosesi bitərsə, biz yumşaldılmalara gedə bilərik. Bu, yenə də epidemioloji vəziyyət nəzərə alınmaqla müzakirə olunmalıdır”.
"Ölkə.Az" rəsmi statistikaya istinadən xəbər verir ki, yanvarda 10 812 min körpə doğulub, 7972 nəfər dünyasını dəyişib və nəticədə təbii artım 2840 nəfər olub.
2020-ci ilin yanvarı ilə müqayisədə təbii artımda kəskin geriləmə qeydə alınıb. Bunun əsas səbəbi ölənlərin sayının kəskin artmasıdır. Ötən ilin yanvarında doğulanların sayı 11 279 nəfər, ölənlərin sayı 5177 nəfər, təbii artım 6102 nəfər olub.
Müqayisədə bu il ölənlərin sayı 54,1 faiz (2795 nəfər) artıb, doğulanların sayı 5,2 faiz (467 nəfər) azalıb, təbii artım 2,15 dəfə azalıb.