![]() |
|
Türkiyənin Kocaeli Universitetinin İnfeksion Xəstəliklər üzrə mütəxəssisi, professor Sıla Akhan Çin peyvəndi “Sinovac”la bağlı açıqlama verib.
Oxu.az məlumat verir ki, o, Türkiyədə peyvəndin tətbiqi üçün son çalışmaların getdiyini və artıq könüllülərin anticisim testi üçün çağırıldıqlarını deyib.
Onun sözlərinə görə, Braziliyada artıq bu dərmanla 10 mindən çox insan peyvənd edilib:
“12 400 peyvənd edilən şəxslərdən 170-i koronavirusa yoluxub. Ən önəmlisi budur ki, peyvənd edilənlərdən virusa yoluxanlar xəstəliyi yüngül keçirib. Yəni peyvəndin xeyirini görüblər”.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusdan sağalan şəxslərə müraciət edib.
Azərbaycanlı alim Oxu.Az-a açıqlamasında virusun yeni mutasiyasının yaranmasının səbəbləri ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib.
Onun sözlərinə görə, Cənubi Afrikada COVID-19-un İngiltərədə yayılmış yeni virus variantından fərqli daha bir mutasiyasına rast gəlinib:
“Bu gün elm İngiltərədə və Cənubi Afrikada yaranan mutasiya ilə bağlı tədqiqatlara ciddi məsuliyyətlə yanaşır. Ona görə də bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanın da bu mutasiyanın təqibi ilə məşğul olması mütləqdir. Cənubi Afrikada virusla bağlı tədqiqatlar aparılıb və son aparılan bir elmi tədqiqat insanlar arasında immunitetin formalaşması ilə bağlı olub”.
N.Abdullayev bildirib ki, tədqiqatla əhalinin təxminən 50 faizində immunitetin yarandığı müəyyən olunub:
“Bu da əhali arasında yarana biləcək immunitet üçün çox böyük rəqəmdir və həm də təbii yolla qazanılmış immunitet anlamına gəlir. Amma belə bir zamanda virusun yeni mutasiyasına rast gəlinməsi artıq vəziyyəti daha da mürəkkəbləşdirir”.
Alim virusun yeni mutasiyasının necə meydana gəlməsi barədə də danışıb.
N.Abdullayev vurğulayıb ki, tibb mütəxəssisləri tərəfindən virusla bağlı aparılan tədqiqatlar zamanı elmə məlum olan mutasiyalar araşdırılır:
“Ehtimal olunur ki, Cənubi Afrikada yaranan “escape” (escape mutation) mutasiyasıdır. Eyni zamanda, elm bu mutasiyanın yaranma səbəblərini müəyyənləşdirib. Belə ki, virusdan sağalan insanlar yenidən yoluxan zaman ciddi xəstələnməsələr də, orqanizmdə formalaşan immunitetlə infeksiya arasında yeni mübarizə başlayır.
Virus bu mübarizədə artıq onu öncədən tanıyan immunitetə qalib gəlmək üçün özünü müəyyən formada dəyişdirmək məcburiyyətində qalır. Bir daha vurğulayıram ki, virus ona qarşı formalaşan immuniteti zərərsizləşdirməyə çalışır. Beləliklə, “escape” mutasiyasına uyğun dəyişikliklər yaranır.
Bu da bir-biri ilə ünsiyyətdə olan bir dəfə xəstəlikdən sağalmış insanların bu dəfə virusun yeni mutasiyasına yoluxması və ya bugünədək yoluxmayan insanları yeni mutasiya ilə yoluxdurmaq deməkdir”.
Tibb elmləri doktoru hesab edir ki, Azərbaycanda virusun mutasiyası ilə bağlı ciddi profilaktik tədbirlər həyata keçirilməli və cəmiyyətdə maarifləndirici işlər daha sürətlə davam etdirilməlidir.
O, həmçinin, virusdan sağalan şəxslərə müraciət edərək, özlərini təcrid etmələrini tövsiyə edib:
“Virusdan sağalanlar daha diqqətli və məsuliyyətli olmalıdır. Virusu mutasiyaya uğratmamaq və Azərbaycandakı vəziyyəti daha da pisləşdirməmək üçün özlərini maksimum qorumalı və təcrid etməlidirlər.
Əks halda virusdan sağalan şəxslər sağlamlığına təkrar ciddi zərər vurmaqla yanaşı, həm də yeni mutasiyanın kütləvi şəkildə yaranmasına yol aça bilərlər. Bu zaman təhlükə ondan ibarətdir ki, mutasiya olunmuş virusun yeni yoluxduruculuq əmsalı fərqli olacaq. Bu da virusun geniş yayılmasını sürətləndirə və normal həyata qayıdışı peyvəndin tətbiqindən asılı olmayaraq, bir qədər də gecikdirə bilər”.
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanın rəhbərliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında onlayn görüş keçirilib.
Palatadan verilən məlumata əsasən, görüş şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri mövzusunda keçirilib.
AmCham Azərbaycanın prezidenti Nuran Kərimov bildirib ki, AmCham Azərbaycan öz korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq şəhid ailələrinin və
müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması məsələsinə xüsusi əhəmiyyət verir. O həmçinin vurğulayıb ki, Palata üzvləri tərəfindən bu istiqamətdə töhfə vermək üçün mütəmadi olaraq müxtəlif işlər görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov təşkil edilmiş tədbirin dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. O həmçinin hazırda Nazirlik tərəfindən qeyd edilən istiqamətdə həyata keçirilən layihələr və şəhid ailələrinin, müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması üçün aparılan tədbirlər və s. barədə ətraflı məlumat verib.
N.Kərimov qeyd edib ki, AmCham Azərbaycanın bu təşəbbüsü olduqca təqdirəlayiq haldır və nazirlik palata ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
Sonda tərəflər şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək, o cümlədən
onların məşğulluğunun təminatı istiqamətində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.
Azərbaycan Milli Məclisinin deputatları bu həftə, yəni yanvarın 15-dən tətildən qayıdacaqlar.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Bu il fevralın 1-i bazar ertəsinə düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 100 min nəfər vətəndaşın məşğulluğu təmin edilib.
Trend xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb: "Onlardan 38 mini daimi, 50 mini isə iki aylıq müvəqqəti xarakter daşıdı".
Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb:
"Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərcləndi".
Panoram.az bildirir ki, videodan aydın olur ki, ərazidəki binaların qarşısındakı qarajdan tapılan avtomobil Ermənistan dövlət nömrə nişanlı "Hyundai Elantra"dır.
Videonu təqdim edirik:
Ona görə də döyüşlərə könüllü qoşulmuşdu. Nofəl Şuşanın azad olunduğu gün 21 yaşında şəhid olub.
Azərbaycan Televiziyası şəhidimiz haqqında reportaj hazırlayıb. Reportajda həmçinin Goranboydan olan daha iki şəhid - Sahil Rəsulov və Elgün Xıdırovdan söz açılıb.
Həmin reportajı təqdim edirik:
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Yanvarın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-9 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Müdafiə Nazirliyi Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.
Müraciətin mətnində bildirilir:
“Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 nüsxədə;
- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 1 nüsxədə;
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 nüsxədə;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 1 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 nüsxədə;
Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.
Müraciət etmə vaxtı: 2021-ci il yanvarın 11-dən 30-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur”.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.
Bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.
Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.
Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.
Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.//Qafqazinfo.az