Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusdan sağalan şəxslərə müraciət edib. 

Azərbaycanlı alim Oxu.Az-a açıqlamasında virusun yeni mutasiyasının yaranmasının səbəbləri ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Onun sözlərinə görə, Cənubi Afrikada COVID-19-un İngiltərədə yayılmış yeni virus variantından fərqli daha bir mutasiyasına rast gəlinib:

“Bu gün elm İngiltərədə və Cənubi Afrikada yaranan mutasiya ilə bağlı tədqiqatlara ciddi məsuliyyətlə yanaşır. Ona görə də bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanın da bu mutasiyanın təqibi ilə məşğul olması mütləqdir. Cənubi Afrikada virusla bağlı tədqiqatlar aparılıb və son aparılan bir elmi tədqiqat insanlar arasında immunitetin formalaşması ilə bağlı olub”.

N.Abdullayev bildirib ki, tədqiqatla əhalinin təxminən 50 faizində immunitetin yarandığı müəyyən olunub:

“Bu da əhali arasında yarana biləcək immunitet üçün çox böyük rəqəmdir və həm də təbii yolla qazanılmış immunitet anlamına gəlir. Amma belə bir zamanda virusun yeni mutasiyasına rast gəlinməsi artıq vəziyyəti daha da mürəkkəbləşdirir”.

Alim virusun yeni mutasiyasının necə meydana gəlməsi barədə də danışıb.

N.Abdullayev vurğulayıb ki, tibb mütəxəssisləri tərəfindən virusla bağlı aparılan tədqiqatlar zamanı elmə məlum olan mutasiyalar araşdırılır:

“Ehtimal olunur ki, Cənubi Afrikada yaranan “escape” (escape mutation) mutasiyasıdır. Eyni zamanda, elm bu mutasiyanın yaranma səbəblərini müəyyənləşdirib. Belə ki, virusdan sağalan insanlar yenidən yoluxan zaman ciddi xəstələnməsələr də, orqanizmdə formalaşan immunitetlə infeksiya arasında yeni mübarizə başlayır.

Virus bu mübarizədə artıq onu öncədən tanıyan immunitetə qalib gəlmək üçün özünü müəyyən formada dəyişdirmək məcburiyyətində qalır. Bir daha vurğulayıram ki, virus ona qarşı formalaşan immuniteti zərərsizləşdirməyə çalışır. Beləliklə, “escape” mutasiyasına uyğun dəyişikliklər yaranır.

Bu da bir-biri ilə ünsiyyətdə olan bir dəfə xəstəlikdən sağalmış insanların bu dəfə virusun yeni mutasiyasına yoluxması və ya bugünədək yoluxmayan insanları yeni mutasiya ilə yoluxdurmaq deməkdir”. 

Tibb elmləri doktoru hesab edir ki, Azərbaycanda virusun mutasiyası ilə bağlı ciddi profilaktik tədbirlər həyata keçirilməli və cəmiyyətdə maarifləndirici işlər daha sürətlə davam etdirilməlidir. 

O, həmçinin, virusdan sağalan şəxslərə müraciət edərək, özlərini təcrid etmələrini tövsiyə edib: 

“Virusdan sağalanlar daha diqqətli və məsuliyyətli olmalıdır. Virusu mutasiyaya uğratmamaq və Azərbaycandakı vəziyyəti daha da pisləşdirməmək üçün özlərini maksimum qorumalı və təcrid etməlidirlər.

Əks halda virusdan sağalan şəxslər sağlamlığına təkrar ciddi zərər vurmaqla yanaşı, həm də yeni mutasiyanın kütləvi şəkildə yaranmasına yol aça bilərlər. Bu zaman təhlükə ondan ibarətdir ki, mutasiya olunmuş virusun yeni yoluxduruculuq əmsalı fərqli olacaq. Bu da virusun geniş yayılmasını sürətləndirə və normal həyata qayıdışı peyvəndin tətbiqindən asılı olmayaraq, bir qədər də gecikdirə bilər”.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti