![]() |
|
Bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli paytaxtda nəqliyyatın intensiv hərəkətini təmin etmək üçün ciddi iş aparıldığını bildirib. Lakin dayanma durma nişanlarının bəzən zərurət olmadığı yerlərdə, ictimai nəqliyyatın hərəkət etmədiyi genişzolaqlı küçələrdə qoyulması sürücülərin ciddi narahatlığına səbəb olur.
Yol-xeber.az Baku.Tv-yə istinadən xəbər verir ki, cərimələrdən bezən sürücülər, öncə avtomobilləri park etmək üçün müvafiq yerlərin olmasını tələb edir. Yalnız bundan sonra qaydanı pozan sürücülər cərimələnməlidir.
Sürücüləri cana yığan parkinq problemi. Hamının haqqlı narazılığı paytaxtda bir çox küçə və prospektlərdə eləcə də indi olduğumuz Bəsti Bağırova küçəsində dayanma-durma qadağındır nişanının olması, əvəzində isə avtomobilləri park etmək üçün lazımi parkinqlərin olmamasıdır. Nəzərə alsaq ki, 5-6 hərəkət zolaqlı bu yoldan ictimai nəqliyyat keçmir, əlavə olaraq bu ərazidə xəstəxana, yaşayış və ofislər binaları yerləşir. Bəs nə üçün sürücülər üçün parkinqlər yaradılmır? Sürücülər öz avtomobillərini harada saxlamalıdır.
“Bu ərazidən ictimai nəqliyyat keçir? Xeyr, keçmir. Dayananda da gəlib nəqliyyat şəkil çəkir. İmkan vermirlər bizə, biz də dolana bilmirik. Vəziyyətimiz də çox çətindir”, - deyə sakin narazılıq edir.
Eyni mənzərəni Süleyman Ələsgərov küçəsində də görmək mümkündür. Belə ki, bu ərazidə də parkinqlərin olmaması səbəbindən sürücülər məcbur qalaraq maşınları qadağan olunmuş ərazidə saxlayırlar. Sakinlər bildirir ki, məhəllə daxilində bu işarəyə ehtiyac yoxdur.
Həmin küçədə yaşayan sakin hesab edir ki, hər yerdə durma, dayanma qadağan nişanının qoyulması insanlara əziyyət verir.
“Bizi incidirlər. Onun üçündə yaxşı olardı ki, şəhərin mərkəzində müəyyən yerlərdə parkinqlər olsun. Bu küçə heç nəyə mane olmur. Maşınların intensiv işlədiyi bir küçə deyil. Saxlayır hamı işdədi, normal da tənzimlənir“, - deyə digər bir sakin əlavə edir.
“Əziyyət çəkirik girirsən aptekə 10 manata dərman alırsan, çıxırsan 20 manat BNA-a cərimə ödəyirsən. Bəs bu maşını harada saxlayaq biz? Məhlədi də kimə narahatlıq yaradır? Avtobus da keçmir”, - deyə sürücülərdən biri gileylənir.
Parkinq Problemini Qutqaşınlı küçəsində də görmək mümkündür. Burada da sürücülər parkinq olmadığı üçün öz avtomobillərini qadağan olunmuş ərazidə saxlayırlar.
“Burada yaşayıram, bunu mən saxlamalıyam da evimə gəlmişəm. Harada saxlamalıyam? 2 km. uzaqda saxlayıb uşaqla bura gəlməliyəm?” - deyə sakin narazılıq edir.
Ekspert Elməddin Cəfərli deyir ki, paytaxtda ən çox parkinq problemi əsasən xəstəxanaların, şadlıq evlərinin, məktəblərin ətrafında müşahidə olunur.
“Bu gün elə yerlər var ki, orada saat 7-dən sonra avtomobillər rahat bir cərgə səkiyə paralel və ya perpendikulyar park eləyə bilərlər. Heç kimə də mane olmurlar. Amma görürsüz avtomobil evakuasiya olunur, sürücüyə cərimə yazılır. Buna nə ehtiyac var!? Şəhərin elə küçə və prospektləri var ki, orada heç 1 dəq ərzində 50-60 maşın ancaq hərəkət edir. Əgər belə intensivlik yoxdursa 2-3 zolaqlı yoldusa, burada sağda-solda 1 cərgəlik parkinqə icazə vermək nə çətin şeydir ki? Bu istər DYP vaxtında, istərsə də BNA vaxtında problem olaraq qalıb“.
Görünən odur ki, paytaxtda əlavə parkinq yerlərinin salınması zərurətdir. Ekspertlər bildirir ki, Bakı Nəqliyyat Agentliyi ən qısa zamanda araşdırma aparmalı, şəhərdə quraşdırılmış nişanları yenidən nəzərdən keçirməlidir.
Bir qrup azərbaycanlı Londonda yerləşən Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya zamanı xüsusilə Londonda yaşayan həmyerlilərimiz Nigar Abbasova, Ruslan Abbasov və onların 5 yaşlı övladı Xədicə Xocalı soyqırımını törədənləri qınayıb, müxtəlif şüarlar səsləndiriblər.
23% səslə yarışmada iştirak edən Cemal Can Cansevən 1-ci olub.
2-ci yeri 11,9% səslə dəfələrlə dünya çempionu olan “Kobra” ləqəbli kikboksçumuz Pərviz Abdullayev, 3-cü yeri isə 9,6% səslə Mərt Öcal tutub. (axşam.az)
Bəzi sürücülər avtomobilin arxa yaylarını qaynaq etdirərək idarə edirlər. Bununla avtomobilin arxa hissəsi aşağı olur və onlar belə zənn edirlər ki, maşın belə olan halda daha yaxşı görünür. Bəzən isə hansısa detalı dəyişmək əvəzinə onu qaynaq yolu ilə bərpa etməyə üstünlük verirlər. Lakin ustalar bunun çox təhlükəli olduğunu bildirir.
Bakıda bəzi sürücülərin əl atdığı bu üsul qəzaya səbəb olan əsas amillərdəndir. Ustalar deyir ki, gənclər avtomobilin arxa hissəsini aşağı göstərmək üçün ustalara avtomobilin yaylarını qızdıraraq aşağı saldırırlar. Bu dəb isə son illər yaranıb.
Sürücülər də şəhərdə belə avtomobillərin çox olduğunu bildirir. Etiraf edirlər ki, bu təhlükəlidir.
Avtomobil ustası Sahil Ağabəyli bildirir ki, bəzən sürücülər ucuz başa gəlsin deyə bəzi detalları qaynaq etdirərək büdcələrinə qənaət etməyə çalışır. Və yaxud hansısa detal baha olduqda onun qəlibini çıxararaq istifadə edirlər.
Ustalar sürücülərə avomobilin detalını dəyişərkən ancaq keyfiyyətliləri ilə əvəz etməyi tövsiyyə edir.
Medicina.az böyüklərdə immunitetin zəifləməsini göstərən əlamətləri təqdim edir:
-Tez-tez xəstələnir, sağalması uzun çəkir
-Az iş görsə də tez yorulur
-Yaraları gec sağalır
-Ağızın içi, damaq, selikli qişalarında yaralar, zədələnmələr, səpmələr olur
-Nəmalum səbəblərdən hərdən bir nahiyəsi ağrıyır
-İştahı zəifdir
-Saçları, dırnaqları, dərisinin vəziyyəti yaxşı deyil
İmmunitet zəifliyi insanı öldürməz, amma elə qəza, travma, infeksiyalar, viruslara yoluxma ola bilər ki, ağırlaşmalar baş verə bilər.
İmmunitet nədən zəifləyir?
1.Xroniki stress, əsəbdən
2.Genetik, irsi faktorlar
3.Ciddi əməliyyat sonrası, xəstəliklərdən
4.Yaşla əlaqədar
5.Zərərli qidalanma səbəbindən mineral və vitamin çatışmazlığı
6. QİÇS, İİV, hepatit
7.Digər xroniki ağır xəstəliklər
İmmuniteti qaldıran hər hansı dərman, tablet, iynə yoxdur. İmmunstimulyatorlar heç bir təsir etmir.
Sintetik vitamin həbləri və BAD-lar da immuniteti qaldırmır. Amma orqanizmin vitamin, mineral balansını düzəltməklə, yaxşı qidalanmaqla, əsəbləri sakitləşdirməklə immuniteti qaydaya salmaq olar.
Daha çox balıq, dəniz məhsulları, tərəvəzlər, meyvələr, müxtəlif bitkilər, çaylar, smuzilər qəbul edə bilərsiz. Avokado, brokkoli, yumurta sarısı, istiot, balqabaq, kök, çuğundur, bal, qara zirə, kətan toxumu, qaraciyər, sümük suyu, qarabaşaq, sitsur meyvələri, gün işığı, sakitləşdiricilər immunitet üçün vacibdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.
Fevralın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Paytaxt polisi “ Əsgərə salam” aksiyasına qoşulub. Yol-xeber.az xəbər verir ki, paytaxt polisi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmaqla soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizə öz dəstəyini göstərib.
Yol hərəkət qaydaları - yol hərəkət iştirakçılarının (nəqliyyat vasitələrinin sürücüləri, sərnişinlər, piyadalar və s.) öhdəliklərini tənzimləyən qaydalar, habelə nəqliyyat vasitələrinin yol təhlükəsizliyini təmin etmək üçün texniki tələblərdir. Əvvəllər SSRİ-də fərqli bir adı var idi - küçə hərəkəti qaydaları.
Şəhər hərəkətini tənzimləmək üçün ilk məlum cəhdlər Qay Yuliy Sezar (Guy Julius Caesar) tərəfindən Qədim Romada gerçəkləşdirildi. Eramızdan əvvəl 50-ci illərdə onun fərmanı ilə bəzi şəhər küçələrində birtərəfli hərəkət tətbiq olundu. Günəşin doğuşundan "iş gününün" sonuna qədər (gün batmadan təxminən iki saat əvvəl), xüsusi arabalarla daşınma qadağan edilib. Şəhərə gələnlərdən nəqliyyat vasitələrini şəhər xaricində qoymaları və Romada piyada gəzmək və ya bir "palankin" icarəyə götürmək tələb edilirdi. İmperiyanın yollarında sağ (silahlı) əli sərbəst buraxmağa imkan verən sol tərəfli hərəkət qəbul edildi. Həmin vaxt bu qaydalara əməl olunmasına nəzarət üçün xüsusi bir xidmət yaradıldı, əsasən azad edilmişlar arasından keçmiş yanğınsöndürənlər işə cəlb edilirdi. Bu cür tənzimləyicilərin əsas vəzifələri nəqliyyat vasitələrinin sahibləri arasında qarşıdurmaların və davaların qarşısını almaq idi. Bir çox qovşaq tənzimlənməmiş qaldı. Soylu zadəganlar özlərinin şəhəri maneəsiz keçməsini təmin edə bildilər - sahiblərinin gəzib-dolaşmaları üçün küçələri təmizləyən heyətləri qabağa göndərirdilər.
Yol hərəkəti qaydalarının müasir tarixi 10 dekabr 1868-ci ildə Londondan, Parlamentin qarşısındakı meydanda rəngli disk olan mexaniki dəmir yolu semaforu qurulmasından başlayır. Onun ixtiraçısı - Con P. Nayt (John P. Knight), dəmir yolu semaforu mütəxəssisi idi. Cihaz əl ilə idarə olunurdu və iki semafor qanadı var idi. Qanadlar fərqli mövqeləri tuta bilərdi: üfüqi - "dayanma"(stop) siqnalı; və 45 dərəcə bucaq altında enmə - ehtiyatla hərəkət edə bilərsiniz. Qaranlıqdan sonra qırmızı və yaşıl işıq siqnalı verən fırlanan qaz lampası işə salınırdı. "Yalançı" bir xidmətçi semafora təyin edildi, vəzifəsi oxu qaldırmaq və fənəri çevirmək idi. Ancaq cihazın texniki tətbiqi uğursuz oldu: qaldırma mexanizminin zəncirinin sıçrayışı o qədər güclü idi ki, keçən atlar hoppanırdılar. Bir ay belə işləməsə də 2 yanvar 1869-cu ildə semafora partladı, yanında olan polis yaralandı.
1865-ci ildə İngiltərə parlamenti tərəfindən bir qanun qəbul edildi, buna görə nəqliyyat sürəti saatda 6 km ilə məhdudlaşdı və bir adam qırmızı bayraq yelləyərək avtomobilin önündə getməli idi. Son bənd 1878-ci ildə ləğv edildi. Digər mənbələrə görə, "qırmızı bayraq" qaydası yalnız 1896-cı ildə sürət həddinin 23 km/saata artırılması və yüngül mühərrikli atsız nəqliyyat vasitələri (3 tona qədər ağırlıq) üçün üç nəfərlik heyətin tələbinin ləğvi ilə birlikdə baş verdi, yəni avtomobillər və lokomotivlər arasındakı fərq qanuni olaraq tanındı və bu Britaniya avtomobil sənayesinin inkişafına təkan verdi. 1903-cü ildə bir daha sürət həddi artırıldı və nəhayət 1896 və 1903-cü illərin qanunları İngiltərədə yalnız 1930-cu ildə ləğv edildi.
14 avqust 1893-cü ildə Fransada avtomobillər üçün ilk yol hərəkəti qaydaları qəbul edildi.
Yaşayış məntəqəsinə hərəkət istiqaməti və ona qədər olan məsafə müasir yol nişanlarının ilk nüsxəsi sayıla bilər. Avtomobil sayının artması, sürətlərin artması və şəhər küçələrində nəqliyyatın intensiv hərəkətinə görə 1909-cu ildə Parisdə keçirilən dünya konfransında ortaq Avropa yol qaydalarının yaradılması qərarı qəbul edildi. Müasir yol nişanlarına yaxın - "Şlaqbaumlu dəmir yolu keçidi", "Eyni mənalı yolların kəsişməsi", "Nahamar yol" və "Təhlükəli döngə" yol nişanları müəyyənləşdirildi.
1914-cü ildə ABŞ-da, rəng dəyişikliyini xəbərdar etmək üçün iki siqnal (yaşıl və qırmızı) olan ilk elektrik işıqforlarını quraşdırmağa başladılar, onlara fitlə təmin olunmuş polis məmuru təyin edildi, hansı ki, sonradan - 1918-ci ildən Avropa yollarında göründü.
1920-ci illərdə ABŞ-da AVSMMİS (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) ortaya çıxdı - nəqliyyat vasitəsi sahiblərinin istifadəsi və zərərçəkənlərin əmlakına, sağlamlığına və ya həyatına dəyən zərərlə əlaqədar öhdəliklərə görə mülki məsuliyyət riskləri ilə əlaqədar icbari sığorta növü.
Növbəti vacib addım, digər ölkələr arasında Sovet İttifaqının (SSRİ) da iştirak etdiyi 1931-ci ildə Cenevrədə "Yol işarələrində vahidliyin tətbiqi haqqında Konvensiyanın" qəbul edilməsi idi. Əsasən simvollara əsaslanan vahid Avropa yol nişanları sistemi qəbul edildi, 26 nişan hazırlanaraq təsdiq edildi, üç təsnifat qrupuna bölündü: işarəedici, xəbərdarlıq və göstəriş. Bu gün bu sistem bütün dünyada fəaliyyət göstərir və II dünya müharibəsinin sonuna qədər bir sıra ölkələr simvollar əvəzinə yazılara əsaslanan ingilis-amerikan sistemindən istifadə etdilər.
1953-cü ildə piyada keçidi mənasında olan, indi bizim "Zebra" kimi tanıdığımız ilk yol işarəsi yarandı.
Qlobal yol təhlükəsizliyinə növbəti böyük töhfə, 1949-cu ildə Cenevrədəki beynəlxalq konfransda qəbul edilən "Yol hərəkəti haqqında konvensiya" və "Yol nişanları və işarələri protokolu" idi, bunun əsasında bütün ölkələr öz yol qaydalarını hazırlamağa başladılar.
Lakin yol hərəkəti qaydaları tarixində ən vacib gün 8 noyabr 1968-ci ildə, Vyanadakı BMT-nin yol hərəkəti üzrə konfransında, dünyanın 68 ölkəsinin, o cümlədən SSRİ-nin nümayəndələri tərəfindən imzalanmış və kiçik dəyişiklik və əlavələrlə BMT-nin "Yol hərəkəti haqqında konvensiya"sının qəbul edildiyi gündür, hələ də qüvvədədir.
Natiq Nazimoğlu
Avto Klub Azərbaycan
https://www.facebook.com/groups/autoclub/
21 fevral 1976-cı ilin bu günü, "VAZ-2106" markalı ilk kommersiya avtomobilləri "Volqa Avtomobil Zavodunun" əsas konveyerinin III xəttindən çıxdı. Yol-xeber.az xəbər verir ki, "VAZ 2106" modeli "VAZ" zavodunda hazırlanmış sovet minik avtomobilidir. 1976-cı ildən 2006-cı ilədək seriya ilə buraxılıb. "06"-nın əsasını italyan modeli "FIAT 124 Speciale"-nin 1972-ci il nümunəsi təşkil edir. "VAZ 2106" modeli "VAZ" avtomobillərinin istehsal edildiyi bütün dövrlər ərzində ən populyar modellərdən birinə çevrildi.
Ümumilikdə, 1976-2006-cı illər ərzində Tolyatti, Syzran, İjevsk və Xerson zavodlarında 4.3 milyondan çox nüsxə istehsal edilmişdir.
Oxu.az xəbər verir ki, sürücü qəpikləri avtomobilinin salonunu tozsoranlayan zaman tapıb.
Bir neçə gündən sonra isə adının qaliblər sırasında olub-olmadığını yoxlayan sürücü 250 min dollar (425 min manat) udduğunu öyrənib.
“Cek pot”un qalibi udduğu məbləğin bir hissəsi ilə borclarını qaytaracağını, yerdə qalan məbləği isə ailəsinə xərcləyəcəyini söyləyib.