![]() |
|
Sürücülərin böyük əksəriyyəti dayanma və durmanı qadağan edən nişanların mənasını hələ də bilmir. Son zamanlar Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən dayanma durma və parklanma qaydasını pozan sürücülərə qarşı tərtib olunan qərarlardan sürücülər şikayətlənirlər. Onların şikayətini araşdırdıqda isə məlum olur ki, haqlı olaraq məsuliyyətə cəlb olunublar.
Dayanma və durmanı qadağan edən 3.27 nişanı və yalnız durmanı qadağan edən 3.28 nişanının tələbləri nədən ibarət olduğu barədə məlumat verəcəyik. 3.27 nişanı həm dayanmanı, həm də durmanı qadağan edir. Yəni bu nişanın təsir sahəsində nəqliyyat vasitəsinin hərəkət sürətini 0 kilometr saat sürətə salıb dayanmaq olmaz (məcburi dayanma istisna olmaqla). 3.28 durmaq qadağandır nişanının tələbi isə fərqlidir. Bu nişanın təsir sahəsində dayanaraq sərnişinləri mindirməyə və ya düşürməyə, yaxud yüklərin yığılması və ya boşaldılmasına icazə verilir. Sürücülər bir çox hallarda bu nişanın təsir sahəsində bir neçə dəqiqə gözləyərək sərnişin mindirəcəyini bildirir və ya avtomobili saxlayaraq qısa müddətli hansısa bir işin arxasıyca gedir. Bu birmənalı olaraq qadağandır. 3.28 nişanının təsir sahəsində adamların mindirilməsi və ya düşürülməsi, yaxud yüklərin yığılması və ya boşaldılması ən qısa zamanda baş verməlidir. Əgər sürücü dayanaraq sərnişinin gəlməsini gözləyirsə, deməli nəqliyyat vasitəsi dayanmış yox durmuş hesab olunur. Belə vəziyyətdə isə sürücülər düzgün şəkildə məsuliyyətə cəlb edilir. Sürücülər bəzən elə düşünürlər ki, 3.28 nişanının təsir sahəsində avtomobildə əyləşib gözləyirlərsə (avtomobili tərk etməyiblərsə) qayda pozmamış hesab olunurlar. Bu kökündən yanlış fikirdir.
Sürücülərə tövsiyə edirik ki, dayanma durma və parklanma qaydasını pozmasınlar. Qanuna riayət etdikləri halda onları heç kim məsuliyyətə cəlb etməyəcək.
Son günlər sürücüləri qayğılandıran suallardan biri və bəlkə də ən birincisi pərdələrdən il boyu istifadəyə icazənin verilib-verilməyəcəyidir. Ötən illərdən fərqli olaraq, bu il pərdə və jalüzlərdən çox, plyonkalı maşınlar daha çox gözə dəyir.
Yol-xeber.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Elməddin Muradlı - Yol nəqliyyat üzrə eskpert: "Bu gün avtomobilinin dörd tərəfini bağlayan sürücülərə də rast gəlinir. Bütün bunlar yol polisinin gözü qarşısında baş verir. Arxa şüşələrinə pərdə yerinə plyonka vuran sürücülər də var. İndi onlar da narahatdır ki, ayın 15-i bunu söküm, yoxsa yox?"
Sürücü: "Tam plyonkalı maşınlar indi də var şəhərdə. Niyə cərimələmirlər bilmirəm?!"
Vəziyyəti qəliz edən məqam Azərbaycanın qoşulduğu beynəlxəlq konvensiyalar və ölkədə tətbiq edilən standartların ziddiyət təşkil etməsidir.
Avropa İqtisadi Komisiyasının qəbul etdiyi etdiyi 43 qərar var ki, orada gösərilir; Sürücü özündən arxada qalan yan və arxa şüşələri tündləşdirə bilər. Bunun üçün isə onun qarşısına hər hansısa bir öhdəlik qoyulmayıb".
Amma yerli qaydalarda, yəni "AZƏRS" standartında bu şüşələrin tündəşdirilməsi üçün xüsusi ölçülər tətbiq edilir.
Elməddin Muradlı - Yol nəqliyyat üzrə eskpert: "Avtomobilin arxa yan şüşələri 40 faiz, tam arxa şüşə 100 faiz, alınlıq isə 25 faiz. Yol hərəkəti üzrə təhlükəli bir şey deyil, qırmızı işığın tələbini pozmur, nəqliyyat vasitəsini sərxoş idarə etmir".
Millət vəkili Çingiz Qənizadə pərdə və plyonka ilə bağlı qadağanı düzgün saymır.
Çingiz Qənizadə - Milli Məclisin deputatı: "Yan qapılarda, yan şüşələrdə pərdə və plyonka heç bir problem deyil. Bilirsiniz ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Ləğv edilibsə, onun qərarları da qüvvədən düşüb. Düşməyibsə, biz kömək etməliyik ki, düşsün".
Hələ ki pərdələrdən istifadə ilə bağlı qaydalar öz qüvvəsində qalır. Qadağanın nə vaxt aradan götürüləcəyi isə, bəlli deyil...
Bir çoxları yüksək dağlara, keçilməz meşələrə avtomobil ilə getməyi sevir. Təbii ki, bunun üçün xüsusi avtomobillər olur. Bu maşınlar keçilməz hesab olunan yerlərə bəzən asanlıqla çıxırlar. Yol-xeber.az-ın təqdim etdiyi videoda da bu cür maşın çıxılması ilk baxışdan mümkünsüz görünən təpəyə dırmaşır. Videonu izləyə bilərsiniz:
Bir çoxu öz avtomobillərini ucuz və ideal dizayn vermək istəyir. Bunun üçün bir neçə çinli xanım videosujet hazırlayıb. Videodan görünür ki, Çinli xanım vinil ilə müxtəlif avtomobillərə dizayn verir. Həmin video sujeti təqdim edirik:
"Yol-xeber.az" ted.az-a istinadən bildirir ki, qiymətləndirmə nəticəsində 4 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib.
"Mercedes-Benz CLA", "Mercedes-Benz B-Class" və "BMW 3 series" ardıcıl olaraq cədvəlin ilk üçlüyündə yer alaraq, ən təhlükəsiz avtomobil seçilib.
Cədvəlin ilk onluğunda "Tesla Model 3" avtomobili də yer alıb. Sözügedən model sürücü və böyük sərnişin üçün 96% təhlükəsizdir.
Uşaq sərnişini üçün 86%, yol üzərində olan sərt keçidləri keçən piyadalar üçün 74%, təhlükəsizlik qurğuları üçün isə 94% etibarlı avtomobil olaraq Euro NCAP tərəfindən qiymətləndirilib və reytinqdə 7-ci pillədə yer alıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov sosial şəbəkədə yazıb. O, bildirib ki, səhər saatlarında bir neçə dəqiqəlik yağışın yağması nəticəsində tuneldə biabırçı vəziyyət yaranıb.
Qeyd edək ki, ötən il də sözügedən tuneldə eyni vəziyyət yaranmışdı.
Qarşıdan yağışlı payız fəsli gəlir. Asfalt qatının üzərindəki su qatı yüksək hərəkətdə olan avtomobilin təkərlərin yola toxunma faizini azaltdığından qəzalar baş verir. Buna akvaplanlama deyilir.
Bəzən sürücülər yüksək sürətlə suyun içinə girir. Bu zaman idarəetməni itirir və nəticədə qəzalar baş verir. Həmçinin yolun üzərində yığılmış toz qatı su ilə reaksiyaya girərək şirəli palçığa dönür. Bu isə sürüşmənin əsas səbəbidir. Odur ki, sürücülər diqqətli olmalıdır. Avtosfer.az-ın daimi oxucusu Qorxmaz Mustafayev saytımıza video təqdim edib. Krasnoyarsk şəhərində qeydə alınan görüntülərdə sürücü suyun içərisinə daxil olur və bir anlıq idarəetməni itirərək səkiyə çırpılır.
Video xarici ölkədə qeydə alınsa da bizdə bu cür hallar istisna deyil. Odur ki, sürücülərin hava şəraitinə uyğun sürət seçmələri məsləhətdir.
Şəki Dövlət Yol Polisi yol hərəkətinin təhlükəsizliyinin təbliğinə dair 2019-2023 cü illər üçün Dövlət Proqramının məqsədlərinə uyğun, eləcə də "Piyadaların intizamının artırılmasına dair" Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin icrası ilə əlaqədar,təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Bu dəfə, Şəki DYP orta məktəb şagirdlərini deyil, Kollec tələbələrini maarifləndirdi.
30 oktyabr 2019-cu il tarixdə Şəki Dövlət Regional Kollecində keçirilən tədbir zamanı, Şəki DYP-nin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev tələbələrə piyadanın vəzifələri barədə ətraflı məlumat verib,onları maraqlandıran sualları cavablandırıb. Tələbələrə, küçə və yollarda hərəkət edən zaman,mobil telefondan xüsusilədə qulaqlıqdan istifadə etməmələri tövsiyyə olunub.İzah olunub ki,küçə və yollarda hərəkət edən zaman piyada qulaqlıqdan istifadə etməklə mobil telefonla danışarsa və ya musiqiyə qulaq asarsa bu vaxt, yaxınlaşan nəqliyyat vasitəsinin səsini eşitməyəcək həm öz həyatını həmdə sürücüləri təhlükədə qoyacaq.
DYP-nin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev DYP tərəfindən görülən bu və ya digər tədbirlərin insanların həyat və sağlamlığının qorunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, tələbələrin maarifləndirilməsində əsas məqsəd , yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir.
Hər bir daşıyıcının qarşısında duran vəzifə təkcə sərnişin daşımaqdan ibarət deyil. Bunlarla yanaşı sürücülərin gümrah və sağlam formada sükan arxaşına əyləşməsi də vacibdir. Amma di gəl ki, bu şərtləri kağız üzərində qəbul edən daşıyıcı kifayət qədərdir.
Yol-xeber.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Elməddin Muradlı - Ekspert: "Onların gün ərzində iş rejimi, istirahət vaxtı bəlli deyil. 6-da yuxudan durub xəttə çıxmalıdırsa, bu, gecə 12-yə kimi, təbii ki, işləyə bilməz. Bu haradasa istirahət etməlidir, əvəzlənməlidir".
Sürücü: "Əvəzləyicimiz olur, mən gedəndən sonra ortağım gəlib mənim növbəmi dəyişəcək".
Həftənin ən azı 3, hətta 5 günün 16-17 saat işləyən sürücədən hansı halda etik davranış, təhülkəsiz xidmət gözləmək olar? Onun sükan arxasında halı da pisləşə bilər, bir anlıq yuxuya da gedə bilər.
Asif İbrahimov - Mütəxəssis: "İş saatlarının həddindən artıq olması bu sahədə fəsadlara çıxara bilər. Yol Nəqliyyat Təhlükəsizliyi haqqında beynəlxalq standartı tətbiq etdikdə bu kimi halları da nəzərə alırıq".
Elməddin Muradlı - Ekspert: "Nəticə ondan ibarətdir ki, onlar insan həyatı ilə oynaya bilər. Sürücüdən də tələb ondan ibarətdir ki, bəzi şirkətlərin birmənalı qoyduğu tələb odur ki, axşam mənim planımı gətir ver. Başqa bir tələb yoxdur".
Nazirlər Kabinetinin qəbul etdiyi 73 saylı qərarda sürücülərə həftə ərzində 40 saat iş norması qoyulsa da, əksər daşıyıcılar sürücüləri 60-70 saat işləməyə məcbur edir.
Mais Ağayev - BNA-nın mətbuat katibi: "Hər bir daşıyıcı qarşısında həm yazılı, həm də şifahi olaraq bir şərt qoymuşuq. Amma təəssüflər olsun ki, hələ də bu işdə bir nəticə əldə etmək mümkün olmayıb".
Hazırda kart sistemi ilə işləyən barmaqla sayılacaq qədər daşıyıcı bu qaydalara əməl edir.
İbrahim Quliyev - Daşıyıcı şirkətin rəsmisi: "Bizim hər maşına iki sürücümüz var. Əlavə 1 rezerv sürücü də qalır".
Bakı Nəqliyyat Agentliyi paytaxt üzrə kart sisteminin tam tətbiqi ilə bu neqativ halın da aradan qalxacağını deyir. Bu isə çox da uzaqda deyil. Cəmi bir, iki ay...
Azərbaycanda yeni və geniş yol infrastrukturu layihəsi həyata keçirilir. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, pitstop adlı layihə ötən ildən start götürüb. Yol kənarlarında quraşdırılacaq pitstopların (dayanacaqlar) bir neçə istiqamətdə quraşdırılması nəzərdə tutulub. İlkin mərhələdə bu tip dayanacaqlar Gürcüstan, Rusiya və İran istiqamətlərindəki yollarda inşa ediləcək. Növbəti mərhələlərdə isə turistik istiqamət olan Qəbələ yolu üzərində yerləşdiriləcək.
Sözügedən pitstopların sayı ümumilikdə 50 ədəd olacaq və bu məkanlarda istirahət, qidalanma və turistik məlumatlandırma yerləri nəzərdə tutulub. Layihəni Azərbaycanda Latviyanın özəl memarlıq şirkəti həyata keçirir.
Qeyd edək ki, pitstoplar Formula 1 yarışlarında bolidlərin finiş xəttinə uğurlu şəkildə çatması üçün nəzərdə tutulur. Azərbaycanda da pitstopların sırf yol kənarlarında tikilməsi ona görə nəzərdə tutulub ki, səyahət edən şəxslər bu pavilyonlardan istifadə edərək rahat şəkildə mənzil başına çata bilsinlər.