![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işləri davam etdirilir.
Qeyd olunan hissələrdə artıq köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə piyada səkilərinin yenilənməsi işləri yerinə yetirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hər iki yolda hazırda yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün ərazilərə lazımi sayda qüvvə cəlb edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində aparılır.
Uzunluğu 1510 metr olan sözügedən küçədə hazırda frezlənmə işləri yerinə yetirilir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işləri davam etdirilir.
Təmir işləri sözügedən küçənin Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək olan hissəsi üzrə aparılır.
Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri icra olunur.
.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam etdirilir.
Bu istiqamətdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri yekunlaşıb.
Təmir çərçivəsində hər iki küçədə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Bu işlərə paralel olaraq küçələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunub.
Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN..
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Azadlıq prospektində əsaslı təmir işləri davam etdirilir.
Təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılır.
Təmir işləri çərçivəsində prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi,yolun profilə salınması işləri icra olunub. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazi üfüqi nişanlanma xətləri ilə təmin olunacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Parlament prospekti (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək) aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
Təmir işləri çərçivəsində hər iki prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunur.
“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazilər üfüqi nişanlanma xətləri ilə təmin olunacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək) aparılır.
Uzunluğu 810 metr təşkil edən sözügedən hissə üzrə hazırda frezlənmə işləri yerinə yetirilir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
YOLUNUZ AÇIQ OLSUN...