![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri I Mədən küçəsi korpus 24 və 37 ünvanında aparılır.
Ümumi uzunluğu 1000 metr olan sözügedən ərazi torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, hazırda təmir işləri rayonun 450 metr uzunluğa malik Tələt Şıxəliyev küçəsində aparılır.
Aparılan təmir çərçivəsində küçə boyu zəruri olan yerlərdə yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyününüst qatı frezlənərək kənara daşınıb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Anoloji təmir işləri hazırda 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində də aparılır.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. Artıq bu çərçivədə təmir işləri ümumi uzunluqları 4320 metr olan Fətəli xan Xoyski prospekti, Müzəffər Nərimanov və Əbdüləzəl Dəmirçizadə küçələrində yekunlaşıb.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların gediş-gəlişi təmin etmək məqsədi ilə 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonunun Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsinin təmirinə başlanılıb.
Göyüş Qarayev küçəsinin uzunluğu 290 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçənin köhnə örtüyün sökülərək kənara daşınması, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunur.
Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonu üzrə ümumilikdə 9 km-ə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 km təşkil edən küçələrin təmiri işləri aparılır.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan böyük miqyaslı tikinti və bərpa işləri davam edir.
Bu çərçivədə hazırda Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri mindən çox əhalinin yaşadığı 9 kəndi birləşdirir. Torpaq əsaslı yol sözsüz ki, kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu.
Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilir.
Ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür.
Tikinti işləri çərçivəsində suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası da həyata keçirilir.
Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq yol əsasının tikintisi, ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.
Sonda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud olan tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri Zəngəzur küçəsi döngə 3 ünvanında aparılır.
Ümumi uzunluğu 450 metr olan sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Səbail rayonunu da əhatə edir.
2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən rayonun Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.
560 metr uzunluğa malik olan Tofiq Məmmədov küçəsinin eni ortalama 9.5 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçənin köhnə afalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunub.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonu üzrə ümumilikdə 9 km-ə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 km təşkil edən küçələrin təmiri işləri icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Bu çərçivədə rayonun Buzovna qəsəbəsində Abşeron küçəsi, döngə 21 ünvanında aparılan təmir işləri davam edir.
Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1500 metr, eni isə ortalama 6 metr təşkil edir.
Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt örtük frezlənib, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılıb.
Hazırda ərazidə yeni yol əsasının inşası və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri aparılır.
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.
YOLUNUZ AÇIQ OLSUN…
"Yol-xeber.az" xəbər verir ki, Yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulması yekunlaşıb. Belə ki, 34.6 km uzunluğa malik yolun 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.
Yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Yolboyu aşınma qatı da daxil olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Layihə çərçivəsində Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.
Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Yolboyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə yerinə yetirilib.
Layihədə nəzərdə tutulan 3.4 km-lik Oğuz şəhərinə giriş yolu da artıq yenidən qurulub.
9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) 1 və 2-ci texniki dərəcəyə uyğun, 3.2 km-lik Şəki şəhərinə giriş yolunun isə 3-cü texniki dərəcəyə uyğun əsaslı şəkildə təmiri də son mərhələdə davam etdirilir. Belə ki, Şəki dairəvi yolunun 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) 2 hərəkət zolaqlı olmaqla yenidən qurulub, yolun 6 km-lik hissəsinin isə (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla tikintisi, həmçinin Şəki şəhərinə giriş yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir.
Görülən işlərə paralel olaraq, zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəkləri, dayanacaq, əyrixətli dəmir tirlərin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri də yerinə yetirilib.
Sözsüz ki, avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının sərəncamına əsasən Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun yenidən qurulması davam etdirilir. Yolun uzunluğu 31 km təşkil edir.
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yararsız asfalt örtüklü, 20 km-lik hissəsi isə torpaq əsaslı yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması ilə bu problemlər geridə qalır.
Tikinti layihəsinə uyğun hazırda yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası aparılır, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidinin tikintisi işləri davam edir.
Artıq yolun 26 km-lik hissəsinə 2 qat yeni asfalt-beton örtüyü döşənib. 5 km-lik hissədə isə asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir.
Sadalanan işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü boruların quraşdırılması işləri sona çatdırılıb.
Layihə çərçivəsində yolun 25-ci km-də yerləşən mövcud 2 bir aşırımlı avtomobil körpülərinin bərpası icra olunub. Hazırda yolboyu zəruri yerlərdə beton maneələrin tikintisi aparılır.
Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunacaq.
Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
YOLUNUZ AÇIQ OLSUN...