k

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Qara Qarayev prospektinə paralel 2-ci dərəcəli küçənin Bəhruz Nuriyev küçəsindən Babək küçəsinədək olan hissəsi əsaslı təmir edilir.



Təmir olunan bu hissənin uzunluğu 500 metr, eni ortalama 16 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri görülüb. Küçəboyu mövcud piyada səkiləri 1200 kv.m sahədə bərpa olunub, 480 p/m yeni səki daşları düzülüb.

Hazırda əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla aparılır.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...

k
k
k
k
k
k
k

Xəbər lenti