|
Türkiyədə elektriklə işləyən yerli “TOOG” (Türkiyənin Otomobili Girişim Grupu) markalı avtomobilin təqdimetmə mərasimi keçirilib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, mərasimdə prezident Rəcəb Tayyib Ərdoğan, millət vəkilləri və bir çox iş adam iştirak edib. Ölkə başçısı yerli avtomobildən ilk olaraq sifariş verib və avtomobil istehsal zavodunun Bursanın Gəmilikdəki Türk Silahlı Qüvvələrinin ərazisində tikiləcəyini açıqlayıb.
Bildirilir ki, avtomobil zavodunun ilk təməl qoyma mərasimi 2020-ci ildə atılacaq. Zavodda 4 min 323 nəfər işə götürüləcək. Zavod 5 model olmaqla ildə 175 min avtomobil istehsal edəcək.
Qeyd edilir ki, zavodun tikintisi 2022-ci ildə sona çatdırılacağı gözlənilir.
Təqdim etmə mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan ilk yerli avtomobilin sükan arxasına keçərək idarə edib.
Namiq Musayev