Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR

Cəbhə bölgəsi olan ərazilərin dövlət təhlükəsizliyi üçün necə mühüm olduğu bir daha təsdiqləndi

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin həbsi cəbhə bölgəsi olan ərazilərə səfərlərin  dövlət təhlükəsizliyi üçün necə mühüm olduğunu təsdiqlədi.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatında bildirilib ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyev Azərbaycan  Ordusunun döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkədə yayıb. Bununla da dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.  Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində həbs-qətimkan tədbiri seçilib.

O da qeyd edilməlidir ki, mediaturlar təşkil ediləndə bu cür məsələlərə diqqət etmək vacibdir, hər şeydən öncə iştirakçılara hansı bilgiləri verilməməsi diqqətlərinə çatdırılmalıdır. 

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov 

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, tək hərbçilər deyil, Azərbaycanın sərhəd ərazisində yerləşən mülki insanlar da diqqətli olmalıdır. Ərazilərin videosu və fotosu çəkilməməlidir: “Həmin fotolara strateji əhəmiyyət kəsb edən obyektlər də düşə bilər. Hərbçilərimiz bu məsələdə nizamnamə qaydalarına riayət etməlidirlər. Qanunlardan kənara çıxmaq qətiyyən olmaz. Hərbi hissələrin yerləşdikləri yerlər, strateji obyektlər, postlar ictimaiyyətə göstərilməməlidir. Çünki bu görüntülərə tək Azərbaycan xalqı baxmır, düşmən də xəbərləri oxuyur, izləyir. Düşmənin gözü bizdədir. Tək Ermənistanın deyil, digər dövlətlərin də Azərbaycanda marağı var. Onlara da hərbi hissələrin harada dislokasiya olunduğu maraqlıdır. Buna görə də hərbçilər və ehtiyatda olan hərbçilər qanunda nə yazılıbsa, onu etməlidirlər. Kiçik səhv böyük fəlakətə səbəb ola bilər. Sərhəd rayonlarında yaşayanlar xüsusilə məlumatlandırılmalıdır. İşğaldan azad olunmuş ərazilərə səfər edənlərə də xəbərdarlıq edilməli, onlar bilgiləndirilməlidir. Əgər bir adam hərbçidirsə, hərbi məlumatlarla bağlı bilgilidirsə, o, xüsusən diqqətli olmalıdır. Çünki hərbi hissələr ictimaiyyətə bağlı məkandır. Mən xidmətdə olarkən də kimsə hərbi hissənin şəklini çəkirdisə, saxlayıb araşdırırdım. Çünki birinci hərbi hissənin şəklini çəkmək olmaz, ikincisi isə hər kəs xoş niyyətli deyil. Biz diqqətli olmalıyıq, bu gün bizim Ermənistan kimi düşmənimiz var. Sərhəddə bizi xoşlamayan, daxilən qəbul etməyən qonşularımız var. Onların əlinə sirr vermək olmaz. Hərbi hissələrin rəhbərləri bu məsələləri nəzarətə götürməlidir, o insanlara izah etməlidirlər.  

Bu mövzuda sosial şəbəkələrdə, mətbuatda ciddi maarifləndirmə aparılmalıdır".

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti