|
Misirdə mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Yol-xeber.az xəbər verir ki, insident dekabrın 28-də Liman-Səid rayonunda qeydə alınıb.
Məlumata görə, tikiş fabrika işçilərini daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
Nəticədə 22 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb.
Qəza baş verən əraziyə çox sayda polis, xilasetmə və səhiyyə briqadaları cəlb edilib.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanalara çatdırılıblar.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.