|
Türkiyənin Manisa vilayətində sərnişin mikroavtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 10.00 radələrində Salihli – Alaşehir şosesinin Örenköy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Alaşehir istiqamətində hərəkətdə olan İbrahim Tufanın (45) idarə etdiyi 07 FUN 25 qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu qəfildən qarşısına çıxan iti vurmamaq üçün manevr edib. Bundan sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarına aşıb.
Nəticədə 2 nəfər hadisə yerində vəfat edib, daha 9 nəfər isə xəsarət alıb.
Yaralılar, insident yerinə çağırılan ambulanslarla rayon xəstəxanasına çatdırılıblar.
Polis faktla bağlı təhqiqatlara başlayıb.