|
Rusiyada təcili yardım maşını azyaşlı uşağı vurub.
Lenta.ru-nun xəbərinə görə, hadisə Stavropol əyalətinin Zelençukski rayonunda Arxız və Romantik qəsəbələri arasında yerləşən şossedə baş verib.
Nəticədə, piyada keçidi olmayan yerdə dayanan səkkiz yaşlı oğlan ölüb.
Bildirilir ki, təcili yardım bu zaman başqa bir qəzada zərərçəkmiş şəxsi aparırmış.