“Qafqazinfo”nun “Press TV”yə istinadən verdiyi xəbərə görə, Mazandaran əyalətində Tehran-Kunbed istiqaməti üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə, 20 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.