|
Ötən il Türkiyədə baş verən yol qəzalarının statistikası açıqlanıb. Yol-xeber.az xəbər verir ki, 2019-cu ilin dekabr ayı ərzində 33.621 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 182 insan ölüb, 19.746 nəfəri isə yaralanıb. Bu barədə məlumat Təhlükəsizlik Yol Təhsil Ümumi Müdiriyyəti və Tədqiqat Dairə Şöbəsinin 2019-cu ilə dair qəza statistikasında yer alıb.
Statistikaya görə, 2019-cu ilin yanvar-dekabr ayları ərzində ölkə daxilində baş verən 418.488 yol qəzasında 285.638 nəfər xəsarət alıb, 2.524 nəfər isə dünyasını dəyişib.
Qəzalar, 179.751 sürücü, 18.040 piyada, 4.149 avtomobil, 1.043 yol, 2.571 isə sərnişin səhvi ucbatından olub. İl ərzində 4.655 sürücü işıqforun qırmızı işığından keçərək qəzalara səbəb olub.
Yük maşınlarının girişi qadağandır işarəsi olan ərazilərə daxil olan 4.691 sürücü isə qəza şəraiti yaradıb.
Sərxoş vəziyyətdə sükan arxasına keçən 2.334 sürücü ölümlə və yaralanma ilə nəticələnən yol qəzaların iştirakçısı olub.
Hədindən artıq sürətlə avtomobil idarə edən 1.847 sürücü də qəzaların baş verməsinə səbəb olublar.