|
Çində virusla bağlı narahatlıqlar fonunda neft ucuzlaşmağa davam edir.
Bu barədə REN TV xəbər yayıb.
Çində naməlum koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi ilə bağlı neftin qiymətində azalma müşahidə edilir.
Bazar ertəsi keçirilən ticarət nəticəsində “Brent” markalı neftin qiyməti 2,26 faiz azalaraq bir bareli 59,32 dollar (təxminən 100 AZN) təşkil edib.
Çində vəziyyətin necə dəyişəcəyindən asılı olaraq, “Brent” markalı neftin qiyməti 55 dollara (təxminən 93 AZN) qədər azala bilər.
Ölkə ərazisində virusdan ölənlərin sayı 106 nəfərə, yoluxanların sayı isə 4,5 min nəfərə çatıb.
Yoluxma halları Honkonq, Makao, Tayvan, Yaponiya, Cənubi Koreya, ABŞ, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada qeydə alınıb. /oxu.az/