![]() |
|
ABŞ-ın Çinə qarşı tarif siyasəti Pekinin sərt cavabına səbəb olub.
Çin Xalq Respublikasının xarici işlər naziri Van İ BRIKS-in Rio-de-Janeyroda keçirilən genişləndirilmiş nazirlər görüşündə çıxışı zamanı Vaşinqtona açıq mesaj göndərib.
“Ticarət müharibəsinə cavabımız aydındır və qətiyyətlidir: əgər siz mübarizədə israrlısınızsa, biz sonadək döyüşəcəyik. Əgər dialoqa hazırsınızsa, onda bir-birimizə bərabərhüquqlu tərəf kimi yanaşmalı, qarşılıqlı hörmət etməliyik”, – deyə Van İ vurğulayıb.
Çinli nazir əlavə edib ki, Pekin yalnız öz milli ləyaqətini deyil, eyni zamanda dünyanın parlaq gələcəyini müdafiə etdiyini bəyan edir.
Qeyd edək ki, ABŞ və Çin arasında uzun müddətdir davam edən ticarət gərginliyi son aylarda yenidən gündəmə gəlib. Pekinin bu sərt açıqlaması münasibətlərin daha da gərginləşəcəyindən xəbər verir.