|
Pakistanda ABŞ səfirliyinə məxsus avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Yol-xeber.az xəbər verir ki, hadisə yanvarın 26-da paytaxt İslamabadda baş verib. Bu barədə “Dawn” nəşri məlumat verib.
Nəşrinin məlumatına görə, ABŞ səfirliyinə məxsus “Toyota Land Cruiser”, svetoforun qırmızı işığından keçərək hərəkətə də olan minik avtomobilinə çırpılıb.
Nəticədə biri qadın olmaqla 2 nəfər ölüb, daha 4-ü isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar. Qəzaya səbəb olan sürücü isə polis tərəfindən saxlanılaraq Marqalla Polis Bölməsinə aparılıb.
Qeyd edək ki, bundan əvvəl də ABŞ diplomatı Colonel Joseph Emanuel də avtomobili ilə eyni qayda pozuntusuna görə bir motosikletlinin həyatına son qoymuşdu. Toxunulmazlığı səbəbindən sərbəst buraxılmışdır.