|
"Ölkə.Az" gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin koronavirusun Rusiyada yayılmasının qarşısını almaq məqsədilə Çinlə sərhədin bağlanması haqqında sərəncam imzalayıb.
Bundan öncə Rusiya Baş nazirinin müavini Tatyana Qlikova Pekindən başqa bütün Çin şəhərləri ilə dəmiryolu nəqliyyatını müvəqqəti olaraq dayandıracaqlarını açıqlamışdı.
Qeyd edək ki, son məlumatlara görə, koronavirus Çində 170 nəfərin ölümünə səbəb olub. Virus 18 ölkədə yayılıb.