|
Qırğızıstanın Oşsk əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 3-də Mırza-Ake kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “Lexus ES300” markalı avtomobillə, hərəkətdə olarkən sükan idarəetməsini itirib və nəqliyyat vasitəsini yol kənarındakı işıq dirəyinə çırpıb. Zərbənin şiddətindən avtomobildə yanğın baş verib.
Nəticədə avtomobilin salonunda olan 7 nəfər hadisə yerində vəfat edib.
Faktla bağlı təhqiqatlara başlanılıb.