|
Kanadanın Saskaçevan vilayətində neft yüklü qatarın relsdən çıxması nəticəsində 100-ə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yol-xeber.az xəbər verir ki, insident təxminən 100 kilometr cənub-şərqdə, Saskatun şəhəri ərazisində qeydə alınıb. Bu barədə ötən gün “CBC” telekanalı məlumat verib.
Məlumata görə, 30 yaxın vaqon relsdən çıxıb, onlardan bəziləri yanıb. Yerli icra nümayəndələri, güclü qatı tüstüləmə səbəbindən ətrafda yaşayan sakinləri təxliyə etmək qərarı veriblər.
Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir. Qəzaya görə bir neçə avtomobil yolu da bağlanıb.
Hadisənin baş vermə səbəblərini, relsdən çıxan qatarın məxsus olduğu “Canadian Pacific” şirkətinin və Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının mütəxəssisləri araşdıracaq.