|
Türkiyənin Afyonkarahisar vilayətində qatar yük maşınını vuraraq metrlərlə sürükləyib. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 6-da səhər saatlarında Sülümenli qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, mağazalara çörək paylayan Uğur Çankaya idarə etdiyi 03 PT 378 qeydiyyat nömrə nişanlı “Ford” markalı yük maşını ilə, dəmir yolu keçidindən şlaqbaumun bağlı olmasına və xəbərdarlıq edici siqnala məhəl qoymayaraq keçməyə çalışıb. Ancaq, relslərin üzərində asılı qalıb. Həmin anda dəmir yolu xətində hərəkətdə olan yük qatarı “Ford” çırpılıb və onu metrlərlə sürükləyib.
Nəticədə yük maşının sürücüsü xəsarətlər alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Türkiyənin Afyonkarahisar vilayətində qatar yük maşınını vuraraq metrlərlə sürükləyib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 6-da səhər saatlarında Sülümenli qəsəbəsi ərazisində qeydə alınıb.

Namiq Musayev