|
Peruda ekvadorlu futbol azarkeşlərini daşıyan avtobus ağır yol qəzasına düşüb. Yol-xeber.az xəbər verir ki, insident fevralın 15-də tərəfdarların Libertadores Kubokunun ikinci turunun "Sporting Crystal" - "Barselona" cavab görüşünün keçirildiyi Lima şəhərindən avtobusla qayıdarkən Piura şəhəri ərazisində qeydə alınıb. “El Universo” məlumat verib.
Məlumata görə, 50-dən çox azarkeşin olduğu avtobus hərəkətdə olan zaman naməluma səbəblərdən idarəetmədən çıxıb və 15 metr hündürlükdən uçuruma yuvarlanıb.
Nəticədə 8 nəfər dünyasını dəyişib, daha 30-u isə xəsarət alıb. Onlardan 12 nəfəri iki təyyarənin köməkliyi ilə Perudan Ekvadordakı xəstəxanalara çatdırılıblar.
Bildirilir ki, ölənləri cəsədləri isə bu gün ölkəyə gətiriləcək.
Qeyd edək ki, keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.