|
Türkiyənin Hatay vilayətində xaricdən gətirilən anqus, olduğu yük maşınından düşərək qaçıb. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, insident İskenderun rayonunda qeydə alınıb.
Məlumata görə, İskenderun limanında gəmidən endirilib TIR-a yüklənən anqus, rayon mərkəzinə yaxın ərazidə yük yerində atlayaraq qaçıb. Rayon mərkəzinə doğru irəliləyən heyvan, nəqliyyatın gur olduğu küçədə qaçmağa başlayıb və sağa-sola ani hərəkətlər edərək ətrafdakı insanlara həyəcanlı anlar yaşadıb. Bir evin bağçasına girən anqus, keyidici iynə vasitəsi ilə sakitləşdirilib. Ayağından iplə bağlanan heyvan kran vasitəsi ilə evin bağçasından götürülərək TIR-ın yük yerinə qoyulub.
Daha sonra isə yük maşını getdiyi ünvana doğru yol alıb.