|
Misirdə mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Yol-xeber.az xəbər verir ki, insident fevralın 24-də Qahirənin Beynəlxalq Hava Limanı yaxınlığından keçən trasda qeydə alınıb. Bu barədə “Al Ahram” qəzeti məlumat yayıb.
Məlumata görə, toqquşma nəticəsində 10 nəfər ölüb, daha 5-i isə xəsarət alıb. Yaralılar, ambulanslarla xəstəxanaya çatdırılıblar.
Qəzada günahlandırılan yük maşınının sürücüsü saxlanılıb.
Digər təfərruatlar barədə məlumat verilmir.