|
Türkiyə ordusu İdlibdə onlarla hərbçisinin öldürülməsinə cavab olaraq Suriya ordusunun mövqelərinə zərbələr endirib. Bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.
“Bizim ordu Suriya ordusunun mövqelərini atəşə tutmaq üçün hava və quru qüvvələrdən istifadə edir”, - Altun bildirib.
Xatırladaq ki, daha əvvəl İdlibdə Bəşər Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Nəticədə Türkiyənin 29 əsgəri şəhid olub.