|
İstanbulda yerli fəallar gecə saatlarında Rusiya baş konsulluğunun binası qarşısında etiraz aksiyası keçirib.
“Qafqazinfo”nun məlumatına görə, “Anadolu Agentliyi”nin yayımladığı videoda aktiv şəkildə şüarlar səsləndirən onlarla mitinqçi yer alıb. Türkiyə sakinləri İdlibdə vəziyyətin gərginləşməsində Suriya və Rusiyanı günahlandırıb.
Xatırladaq ki, daha əvvəl İdlibdə Bəşər Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Nəticədə Türkiyənin 33 əsgəri şəhid olub. Türkiyə ordusu qarşı tərəfin mövqelərinə cavab zərbələri endirib.