İtaliyada martın 13-də 250 nəfər koronavirus virusundan vəfat edib. Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellini xəstəlikdən ümumilikdə 1266 nəfərin dünyasını dəyişdiyini bildirib.
“İtaliya COVID-19-a yoluxmuş şəxslərin ümumi sayı 17660 nəfərə çatıb, hazırda onlardan 1439 nəfəri sağalaraq evlərinə buraxılıb”, - deyə o, vurğulayıb. Borrellini bildirib ki, ölənlərin orta yaşı 80-dən çoxdur.