|
APA xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin “Koronavirus tədbirləri” çərçivəsində etdiyi elanda bu barədə bildirilib.
Nazirlik elan edib ki, dünyada böyük təlaş yaradan və Ümumdünya Səhiyyə Təşkilatının pandemiya olaraq elan etdiyi koronavirus (COVID-19) infeksiyasının Türkiyədə yayılma təhlükəsinin qarşısını almaq üçün ölkənin 81 şəhər valiliyinə göstəriş verilib ki, gecə klubları, diskoteka, bar və pavilyonların fəaliyyəti dayandırılsın.
Nazirlikdən bildirilib ki, qərarın icrası valiliklər, bələdiyyələr, digər yerli dövlət qurumları və hüquq mühafizə orqanlarının nəzarətində olacaq.