|
Dərman 45 könüllü üzərində sınaqdan keçirilir. Peyvəndin ilk inyeksiyası texnologiya firmasının menecerinə vurulub.
"Hamımız özümüzü çarəsiz hiss edirik. Mənim üçün bu, virusla mübarizədə faydalı olmaq üçün inanılmaz bir fürsətdir”,- deyə o, bildirib.
Peyvəndin hazırlanmasının dəqiq vaxtı haqqında məlumat verilməyib.
Son məlumatlara görə, dünyada 167 mindən çox insan koronavirus infeksiyasına yoluxub.