|
HaberGlobal xəbər verir ki, Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin rəhbəri Zanq Xinmin preparatın adını açıqlayıb. O, “Favipiravir” adlanan bu dərmanın yeni növ koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirə bildiyi qeyd edib.
Onlar bu qənaətə 80 xəstənin üzərində apardıqları təcrübədən sonra gəliblər.
Bundan əlavə Z.Xinmin dərmanın yan təsirlərinin olmadığını da deyib.
Qeyd edək ki, “Favipiravir”in 2014-cü ildən Yaponiyada apteklərdə satıldığı qeyd edilib.