|
Publika.az xəbər verir ki, mütəxəssis Lokman Kılıç İstanbuldakı özəl klinikalardan birində koronavirus və qrip kimi yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimətini artıran ozonoterapiya metodunu tətbiq edib.
Belə ki, steril vakumlu şüşəyə yerləşdirilən qan qapalı sistem içində əl dəymədən ozonlanır və eyni damardan geri vurulur. Bunun sayəsində 15 dəqiqə davam edən proses sonrası immuniteti qüvvətlənən insanların xəstəliklərə qarşı müqaviməti artır.
"Ozonoterapiya ağciyərin potensialını artırdığı üçün koronavirusa bu yolla savaş açmaq olar. Bu, Çində və Avropadakı xəstəxanalarda COVID-19 daşıyıcılarına da tətbiq olunur. Ozonoterapiya xəstəliyə yoluxmadan əvvəl immun sistemini qüvvətləndirməkdə, qan və toxumaların oksigenləşməsində əhəmiyyətli rol oynayır. Xəstəliklərin birdən dördə qədər dövrü var. Bu müalicə üsulu hətta dördüncü mərhələdə olanlara da tətbiq oluna bilər. Əks təsiri olmur.
Təkcə hamiləliyin ilk 3 ayında tətbiq edilməsini tövsiyə etmirik. 1-dən 100 yaşa qədər istənilən insan qəbul edə bilər. Bu metod həm də yorğunluq sindromu, revmatizm, qan dövranında pozulmaların qarşısının alınması, bakterial, virus, göbələk infeksiyaları, astma, allergiya, çəki atmaq, diabet, insulin müqavimətinin azaldılması, depressiya, əzələ xəstəlikləri və oynaq ağrılarının müalicəsində istifadə oluna bilər", - mütəxəssis bildirib.
Qeyd edək ki, türk ekspertlər koronavirusun müalicəsində istifadə olunması üçün dərman və peyvənd hazırlanmasına başlayıb.