İsveç ABŞ və Rusiyanın koronavirus testlərini rədd edib: əks təsirləri səbəbilə xəstəxanalar antimalarial dərman – xlorokinin istifadəsini dayandırıb.

Bu barədə “Daily Mail” məlumat yayıb. Qərar bir neçə xəstənin əzələ ağrısı, görmə qabiliyyətinin zəifləməsi və miqren şikayətlərindən sonra qəbul edilib. Qeyd olunur ki, bəzi insanlarda xlorokin tabletləri qəbul etmək ürək problemlərinə və hətta infarkta səbəb ola bilər.

Avropa, ABŞ və Çin həkimləri dərmanı ağır xəstələrdə sınaqdan keçirmək üçün lisenziya alıb, lakin Böyük Britaniya klinik sınaqlar başa çatana qədər xlorokin istifadə etməməyə çağırıb. London İmperial Kollecinin anesteziya və reanimasiya şöbəsinin müdiri, professor Entoni Qordon dərmanın koronavirusun müalicəsində kömək etdiyinə dair hələ də inandırıcı dəlil olmadığını söyləyib.

Xatırladaq ki, antimalarial dərmanı COVID-19 ilə mübarizədə istifadə etmək barədə ilk qərar Çində aparılan araşdırmalardan sonra qəbul edilib.

Mart ayının əvvəlində “Banner Health” sağlamlıq təşkilatı xlorokin dərmanını yeni növ koronavirusun müalicəsi üçün ölümcül adlandırmışdı. “İnsanların infeksiyanın qarşısını almaq və ya müalicə etmək üçün yeni yollar axtarmağa çalışdıqlarını başa düşürük, amma istənilən dərman bu problemi həll etməyəcək” deyə ABŞ-ın Feniks şəhərindəki tibb mərkəzinin direktoru Daniel Bruks açıqlama yayıb.

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib, 88 338 nəfər ölüb, 328 661 nəfər sağalıb. ABŞ yoluxmuş insanların sayına görə (429 mindən çox) birinci yerdədir, 14 mindən çox şəxs isə ölüb. (publika.az)

02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu
30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST

Xəbər lenti