Koronavirusu dünyaya Ermənistan yayıb?
Rusiya Ermənistanın koronavirus infeksiyası mənbəyinin olması barədə şok faktlar aşkar edib.

   Ermənistandakı bioloji laboratoriyaların  dünyanı dəhşətə gətirən koronavirus infeksiyasının mənbəyi olması barədə Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” (MK) mətbu orqanı faktlara əsaslanan yazı dərc edib. 

“Pentaqonun pulları hesabına yaradılan  erməni laboratoriyaları  koronavirus infeksiyası mənbəyidir”

  “MK”nın yazdığına görə, koronavirusun yayılması ilə bağlı ciddi qalmaqal yaşanır.  Belə ki, Ermənistanda  yoluxan 1000-dək insanın arasında Ermənistan Səhiyyə nazirliyi yanında   Milli kəskin respiratorlu infeksiya xəstəliklərinə nəzarət və proflaktikası mərkəzinin 14 mütəxəssisi də var. 14 mütəxəssisin koronavirus infeksiyasına yoluxması Ermənistan cəmiyyətində ciddi təşviş yaradıb. Bildirilir ki,  Pentaqonun pulu ilə  Ermənistanda yaradılan ən müasir bioloji laboratoriyalar ölkədə ən təhlükəli infeksiyaların qarşısını almaq üçün nəzərdə tutulsa da, bunun tam əksi müşahidə olunmaqdadır. Ölkədə “Bu təhlükəli infeksiyalar orada çalışan müətxəssislərin  özlərini də infeksiyadan qorumağa  kömək etmədi” kimi fikirlər dolaşmaqdadır.  Hazırda Ermənistanda Amerikanın maliyyəsi ilə yaradılan  12 belə bioloji laboratoriya fəaliyyət  göstərir. Bunlar  bioloji təhlükələrin  səviyyəsinin aşağı salınmasına xidmət edir. ABŞ bu proqramı dünyanın 25 ölkəsində həyata keçirir.  12 bioloji laboratoriyadan üçü İrəvanında, qalanları isə Ermənistanın Gümri, Vanadzor, İcavan, Martuni və digər bölgələrində yerləşir. ABŞ bu laboratoriyaları yaratmaq üçün Ermənistana 50 milyon dollar vəsait ayırıb.

“MK”-nın yazdığına görə,  Moskva  dəfələrlə  ABŞ-ın Ermənistandakı yaratdığə bioloji laboratoriyalarla bağlı narahatlığını ifadə edib. Ancaq buna baxmayaraq , Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan bu laboratoriyaların  İrəvanın nəzarətində olduğunu bildirib və müxtəlif bəhanələr gətirməyə çalışıb.

Z. Mnatsakanyan bioloji laboratoriya  ilə bağlı  “MK”-nın sualını cavablandırarkən SSRİ dağıldıqdan sonra  Ermənistanın bioloji təhlükəsizliyinin aşağı səviyyədə olduğunu deyib.

“Erməni həkimlər istənilən küləyin gətirəcəyi  epidemiyanın yayılmasından qorxur. Bu laboratoriyalar Ermənistana məxsusdur. Bunlar Ermənistanın bioloji təhlükəsizlik maraqlarına  xidmət edir və burada başqa  məqsədlər yoxdur. Laboratoriyalarda  hər hansı təhlükəli araşdırmalar aparılmır”.

Bundan sonra “MK” martın 22-də nə baş verdiyini və  Ermənistandakı bioloji laboratoriyaların fəaliyyəti nə səbəblə dayandırıldığı və orada “son dezinfeksiya” işlərə həyata keçirildiyi barədə yazıb. Ondan bir həftə sonra isə bioloji laboratoriyanın 14 əməkdaşının koronavirus  infeksiyasına yoluxduğu məlum olub.

Sözsüz ki, bir çox insanlarda  bu şəxslərin  koronavirus infeksiyasına necə yoluxması barədə suallar yaranır. İstisna edilmir ki, həmin insanlar  koronavirus testini həyata keçirən zaman infeksiyaya yoluxublar. Daha sonra onlar da ətrafdakı insanları COVİD -19-a yoluxdurublar. 

Halbuki, həmin laboratoriyalarda təhlükəsizlik səviyyəsi ən yüksək dərəcədə olmalıdır, lakin onlar əksinə, infeksiyanın yayılma mənbəyinə çevrilib.

Ancaq nə Səhiyyə nazirliyi, nə də laboratoriya rəhbərliyi bu məsələlərə heç bir aydınlıq gətirmir.

İndi hamını bir sual düşündürür: Əgər bioloji laboratoriya öz əməkdaşlarını  infeksiyon virusdan qoruya bilmirsə,  bəs, Ermənistanı necə qoruyacaq?

02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu
30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST

Xəbər lenti