|
Braziliyada malyariya dərmanının sınaqdan keçirildiyi iki şəxs peyvəndin əks təsirindən ölüb. "Livescience'' saytında verilən məlumata görə Braziliyanın Amazon əyalətində Manaus tropik tibb institunda aparılan tibbi araşdırmalarda yüksək dozada dərman verilən xəstələrin ürək ritmi pozulub. İki xəstə isə sürətli ürək döyüntüsündən həyatını itirib. Həkimlər dərmanın dozasını azaldaraq daha 440 xəstə üzərində araşdırma aparacaqlar. Dərman Trampın Hidroxloridin COVİD-19 müalicəsində ''Oyun dəyişdirən'' dərman olduğunu ifadə etməsi ilə gündəmə gəlmişdi.