|
"Yol-xeber.az" oxu.az-a istinadən xəbər verir ki, görüntülər ərazidə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
“Scania” markalı yük avtomobili səhər saat 05:45 radələrində qarşı yola çıxıb və yol kənarındakı dəmir arakəsmələri keçərək Neva çayına düşüb.
Sürücü avtomobildən çıxmağa macal tapmayıb və çayın axını onu suyun dərinliyinə aparıb.
Kişinin meyiti dalğıc-xilasedicilər tərəfindən aşkarlanaraq sudan çıxarılıb.