İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə…
Məşhur italiyalı nanopatoloqu, 40 ildir Avopara cərrah kimi çalışan, professor Stefano Montanarinin müsahibəsində verdiyi sensasiyalı açıqlamaları İtaliya hökumətini özündən çıxarıb.

"Ölkə.Az" xəbər verir ki, professor İtaliyada hər gün yüzlərlə insanın koronavirusdan ölmə səbəbini belə izah edib:

Virus bu qədər insanı öldürə bilməz

“ Xəbərlərdə deyilir ki, İtaliyada hər gün yüzlərlə ölü var, daşımağa maşın yoxdur. Onların hamısı virusdan ölüb? Xeyr. Dəqiq rəqəmə qalsa, koronavirus cəmi 5-10 nəfəri həqiqətən öldürüb. Qalanı isə bərbad səhiyyə, tibbi xidmətin olmamasından həyatını itirib.
İtaliyada son 10 ildə siyasətçilər, iqtisadçılar hər şeyi etdilər ki, yüz illərlə qurulan səhiyyə sistemini zəiflətsinlər. Ən yaxşı hospitallar, xəstəxanalarda vacib şöbələr, elmi laboratoriyalar bağlandı. Yaxşı həkimlər qovuldu və çoxu ölkədən getdi. Kim düşünür ki, İtaliya səhiyyəsi Avropada ən irəlidə olanlardandır, mənim əllərim yanıma düşür. Bu doğru deyil.

10 ildir İtaliya səhiyyəsinə yatırım olmur. Lazımi avadanlıq, müasir cihazlar, hətta adi tibbi ləvazimatlar belə yetəri deyil. Hər şey minimum , əskik alınıb. Səhiyyədə nəhəng korrupsiya dəliyi yaranıb. Bahalıq, özbaşınalıq. Başqa Avropa ölkəsində olan xidmət 10 avrodursa, İtaliyada 20-30 avrodur.

3 il öncə hökümət 27 milyon dollarlıq donuz qripi vaksini aldı, sonra nə oldu. İstifadə etmədi, zibilə atıldı. Kİmə lazımdır o vaksin. Amma onun əvəzinə xəstəxanalara İBL (süni ventilyasiya) aparatları almağa vəsait tapılmadı.

Koronavirus bizə bu qədər itki ilə başa gəlməyəcəkdi, əgər səhiyyəmiz buna var gücü ilə hazır olsaydı, vaxtında təchiz olunsaydı. Xəstələr ağciyər ağırlaşmasından ölür və bunun çarəsi müasir avadanlıqdır ki, bizdə çatışmır.

Virusun hardan çıxmasının önəmi yoxdur!

Mən virusun təbii və ya süni yaradılmış olmasını araşdırmıram. Bilmirəm, o laboratoriyadan çıxıb, ya yarasadan, ilandan. Fərqi yoxdur.

Hələ ki, bu bədbəxt virus öz statusunu axtarır, yerini möhkəmlədəndən sonra sönməyə doğru gedəcək.

Amma sabah bu yox, başqa virus gələcək. İtaliyada hazırda olan koronavirus Çindəki növ deyil,Almaniyada olan İtaliyada yayılan deyil. Virus mutasiya olur, özü də kosmik sürətlə. Görünən odur ki, ölkələrin səhiyyəsi buna hazır deyil.

Virus patoloji olaraq kontagiozdur. Sağlam adamlarda da var və simptomsuz keçir. Bu gün İtaliya əhalisinin hamısını analiz etsək, görərik ki, yarıdan çoxunda bu virus artıq var.
VAKSİN OLACAQMI?

Koronavirusa qarşı vaksin hazırlanması barədə bütün söhbətlər, işlər dünya səviyyəli dələduzluqdur. Belə bir şey ola bilməz. Çünki bu virus bir deyil, o artıq 50 kiçik növə bölünüb. Belə olan halda isə bir vaksin heç bir işə yaramayacaq”

28 Noyabr 2024 Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır
28 Noyabr 2024 İsrail Livanla bağlı qadağa xəritəsi yaydı- Atəşkəs və gərginlik...
28 Noyabr 2024 Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var...
28 Noyabr 2024 Bu ölkə Netanyahunu həbs etməyəcək
28 Noyabr 2024 "İsrail və "Hizbullah" böyük oyuna qurban getdilər" - Ekspert
27 Noyabr 2024 Rusiyada Quranı yandıran şəxsə rekord cəza
27 Noyabr 2024 Baydenin Trampa qarşı 24 milyardlıq oyunu - Ukrayna üçün İLGİNC PLAN
27 Noyabr 2024 “G7” ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
27 Noyabr 2024 Makron hökumətin süqutunu gözləyir
26 Noyabr 2024 TƏCİLİ! Bu ölkələr Rusiyaya qarşı birləşdi: Hərbi qüvvələr hərəkətə keçir… - ŞOK
26 Noyabr 2024 Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: Məktəb QADAĞASI
26 Noyabr 2024 Çin alimləri "Ulduz müharibələri"ndəki ölümcül silahı yaratdıqlarını iddia edir
26 Noyabr 2024 Tramp bu sosial şəbəkəni nəzarətinə götürür
26 Noyabr 2024 Qərb Gürcüstanı niyə “geopoltik müstəmləkə”yə çevirmək istəyir: Tiflis Türk İttifaqına sığınmağa məcbur qalıb
25 Noyabr 2024 Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
25 Noyabr 2024 Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
25 Noyabr 2024 Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək

Xəbər lenti