|
Türkiyədə koronavirus epidemiyası səbəbindən bağlanan məscidlər iyunun 12-si açılacaq.
Bu barədə Türkiyənin Dəyanət İşləri naziri Əli Ərbaş açıqlama verib: “12 iyundan etibarən məscidlərimizin həyətlərində namaz qılmağa başlayacağıq”.
Bildirilib ki, bu vəziyyətdə gələcək 4 həftə ərzində cümə namazlarının qılınmasına icazə verilməyəcək.
Xatırladaq ki, Əli Ərbaş 15 martda verdiyi açıqlamada yaranmış epidemioloji vəziyyət səbəbindən məscidlərdə camaatla birlikdə qılınan cümə namazlarına fasilə verildiyini bildirmişdi.