|
Yeni tip koronavirusun peyvəndinin hazırlanmasında irəlilyiş əldə etdik.
Bunu Türkiyənin məşhur professoru, həkim Ərcümənt Ovalı deyib.
O bildirib ki, kök hüceyrə müalicəsi ilə pandemiyaya qarşı müvəffəqiyyət əldə olunub:
“Aparılan tətqiqatlar nəticəsində 7 xəstədən 6-da bakterial infeksiya azalıb. Eyni zamanda, 1 həftə ərzində 7 xəstənin 5-də tənəffüs funksiyaları düzəlib.
Kök hüceyrə müalicəsi nəticəsində 7 xəstədən 4-ü süni tənəffüs aparatından ayrılıb. Bunu demək olar ki, nəticələr koronavirusun müalicəsində ümidverici görünür”. (axar.az)