|
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.
“Danışıq zamanı bir sıra aktual məsələlər, xüsusilə KTMT çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib”.
Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.