25 noyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Sian Beynəlxalq Limanının nümayəndə heyəti ilə görüş keçirib.

Yol-xeber.az" xəbər verir ki, Görüşdə ADY sədri Rövşən Rüstəmov Azərbaycanla Çin arasında Orta Dəhlizlə yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdiyini, bunun bariz nümunəsi kimi ötən gün ilk dəfə olaraq ixrac yüklərinin Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salındığını bildirib.

Qeyd olunub ki, bu tarixi hadisə ilə iki ölkənin iqtisadi və nəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub və beləliklə, həm Şərqdən Qərbə, həm də əks istiqamətə yükdaşımaların həyata keçirilməsi Orta Dəhlizin səmərəliliyini daha da artırır. ADY Çinlə əməkdaşlığı Kəmər və Yol Təşəbbüsü və Avrasiya Nəqliyyat Marşrutu çərçivəsində də intensiv inkişaf etdirməkdə maraqlıdır.

Bildirilib ki, ADY Azərbaycanın beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi və ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması məqsədilə bir sıra önəmli layihələr həyata keçirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin genişləndirilməsi və yük ötürücülük qabiliyyətinin ildə 5 milyon tonadək artırılması Şərq-Qərb istiqamətində yük axınının sürətləndirilməsinə imkan verir.

Çinin Sian Beynəlxalq Limanının (“Xi'an International Port”) İdarəetmə Komitəsinin direktoru Sun Yimin və “Xi’an Free Trade Port Construction and Operation Co Ltd”nin baş direktoru Yuan Xiaojun Azərbaycanın nəqliyyat-logistika qurumları, o cümlədən ADY ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini deyib, Orta Dəhlizin yük həcmlərinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, yola salınmış Bakı–Sian ilk ixrac blok-qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok-qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok-qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

 
25 Noyabr 2024 Azərbaycan Dəmir Yolları COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi
20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur

Xəbər lenti