|
Rusiyanın Tula əyalətində marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza iyunun 17-də “Aleksinsk” şosesində qeydə alınıb.
Məlumata görə, “162-K” marşrutu üzrə hərəkət edən “Hyundai” markalı sərnişin avtobusu, sürücünü idarəetməsindən çıxaraq dəmiryol körpüsünün beton dirəyinə çırpılıb.
Hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.