|
İngiltərənin baş naziri Boris Conson yol qəzasına düşüb. Yol-xeber.az xəbər verir ki, hadisə paytaxt Londonun mərkəzində qeydə alınıb. Bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, baş nazirin olduğu “Jaguar” markalı avtomobil, etiraz aksiyasının keçirildiyi ərazinin yaxınlığından keçdiyi zaman anidən iştirakçılardan biri maşının qabağına qaçıb. Bundan sonra sürücü qəfil əyləcə basıb və bu vaxt mühafizəçilərin olduğu "Range Rover", nazirin “Jaguar”ına çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, Consonun avtomobilinin arxa hissəsi əzilib.
Polis qəzaya səbəb olan şəxsi saxlayıb.